...

Azərbaycanda İraqın səhiyyə nazirinin iştirakı ilə məhkumların rentgenoloji müayinəsi aparılacaq

Cəmiyyət Materials 7 Dekabr 2012 15:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda İraqın səhiyyə nazirinin iştirakı ilə məhkumların rentgenoloji müayinəsi aparılacaq.

Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsindən Trend-ə verilən məlumata görə, dekabrda 11 saylı cəzaçəkmə müəssisəsində saxlanılan məhkumların səyyar rəqəmsal flüoroqraf vasitəsilə kütləvi rentgenoloji müayinəsinin aparılması nəzərdə tutulur.

Müayinələri İraqdan Azərbaycanın Penitensiar müəssisələrində vərəmlə mübarizə sahəsində görülən işləri öyrənmək üçün gələn böyük nümayəndə heyəti izləyəcək. Nümayəndə heyətinə İraqın səhiyyə nazirinin rəhbərlik edəcəyi nəzərdə tutulur.

İdarədən bildirilib ki, son bir il ərzində uğurlu vərəm layihəsini öyrənmək və öz ölkəsində tətbiq etmək məqsədilə tərkibində 45 nümayəndə olan 6 ölkənin 7 nümayəndə heyəti Azərbaycanda olub və cəzaçəkmə müəssisələrində vərəmlə mübarizə işi ilə yaxından tanış olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti