...

Azərbaycanın penitensiar orqanlarında kadr dəyişiklikləri olub

Cəmiyyət Materials 12 Dekabr 2012 12:22 (UTC +04:00)
Etibarlı mənbənin Trend-ə verdiyi məlumata görə, Penitensiar Xidmətin rəisi Mədət Quliyevin əmri ilə Tərbiyə müəssisəsinin rəisi Arif Mirzəyev 17 saylı cəzaçəkmə müəssisəsinə rəis təyin olunub.
Azərbaycanın penitensiar orqanlarında kadr dəyişiklikləri olub

Azərbaycan, Bakı, 12 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın penitensiar orqanlarında kadr dəyişiklikləri olub.

Etibarlı mənbənin Trend-ə verdiyi məlumata görə, Penitensiar Xidmətin rəisi Mədət Quliyevin əmri ilə Tərbiyə müəssisəsinin rəisi Arif Mirzəyev 17 saylı cəzaçəkmə müəssisəsinə rəis təyin olunub.

17 saylı müəssisənin rəisi vəzifəsini icra etmiş Samir Hüseynov isə Tərbiyə müəssisəsinə rəis göndərilib.

Həmçinin 12 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinin rəisi Rasim Bayramov 11 saylı cəzaçəkmə müəssisəsinə rəis təyin olunub.

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsi Trend-ə məlumatı təsdiqləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti