...

Azərbaycanda qanunsuz yaşayan 17 mindən çox əcnəbi məsuliyyətə cəlb olunub

Cəmiyyət Materials 18 Dekabr 2012 10:53 (UTC +04:00)
Bu ilin 11 ayında Azərbaycanda qanunsuz yaşayan 17 mindən artıq əcnəbi məsuliyyətə cəlb olunub.
Azərbaycanda qanunsuz yaşayan 17 mindən çox əcnəbi məsuliyyətə cəlb olunub

Azərbaycan, Bakı, 18 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Bu ilin 11 ayında Azərbaycanda qanunsuz yaşayan 17 mindən artıq əcnəbi məsuliyyətə cəlb olunub.

Trend xəbər verir ki, Dövlət Miqrasiya Xidmətinin mətbuat xidmətinin məlumatına görə, ötən 11 ay ərzində 17 476 əcnəbi və vətəndaşlığı olmayan şəxs tərəfindən Azərbaycan Respublikasında olma, habelə müvəqqəti və daimi yaşama qaydalarına əməl etmədən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilib.

Həmin müddət ərzində 14 217 əcnəbi ölkədən çıxarılıb. Onlardan 12 700 əcnəbi barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə nəzərdə tutulmuş qaydada 48 saat ərzində ölkəni tərk etmə, 1517 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılması barədə qərarlar qəbul edilib.

Saxlanılan əcnəbilərdən 3199 nəfərinə cərimə tətbiq edilməklə ölkə ərazisində yaşamaları leqallaşdırılıb. Digərlərinin 16 yaşı tamam olmadığından həmin şəxslər inzibati məsuliyyətə cəlb olunmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti