...

Şagirdlərin davamiyyəti haqqında SMS məlumatlandırma xidməti Azərbaycanın daha 11 məktəbinə şamil ediləcək

Cəmiyyət Materials 26 Dekabr 2012 13:49 (UTC +04:00)
"Elektron Məktəb" layihəsinə qoşulmuş ümumtəhsil məktəblərində SMS gündəliklərin istifadəsi genişlənir. Valideynlərə təklif olunan bu xidmət SMS vasitəsilə övladlarının davamiyyəti və onların hər hansı fənn üzrə aldıqları qiymətlər barədə məlumatları valideynlərin mobil telefonlarına göndərilir.
Şagirdlərin davamiyyəti haqqında SMS məlumatlandırma xidməti Azərbaycanın daha 11 məktəbinə şamil ediləcək

Azərbaycan, Bakı, 26 dekabr /Trend, müxbir H.Vəliyev/

"Elektron Məktəb" layihəsinə qoşulmuş ümumtəhsil məktəblərində SMS gündəliklərin istifadəsi genişlənir. Valideynlərə təklif olunan bu xidmət SMS vasitəsilə övladlarının davamiyyəti və onların hər hansı fənn üzrə aldıqları qiymətlər barədə məlumatları valideynlərin mobil telefonlarına göndərilir. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin yaydığı məlumatda deyilir.

Bu xidmətə hər bir valideyn təmamilə könüllü olaraq qoşulur. Xidmətin məqsədi valideynlərin övladlarının davamiyyəti haqqında daha operativ məlumat almasıdır. Mobil telefonlara SMS göndərilmə əsasında fəaliyyət göstərildiyi üçün xidmət pulludur və ayda 4 manat 72 qəpik təşkil edir.

Elektron gündəlik xidməti birbaşa olaraq elektron jurnalların tətbiqi ilə əlaqədardır. Dövlət Proqramı çərçivəsində həyata keçirilən "Elektron məktəb" layihəsinə daxil olan ümumtəhsil məktəblərində elektron jurnallar tətbiq olunmaqdadır. Layihə çərçivəsində Bakı, Sumqayıt, Gəncə, Şamaxı, Quba, Lənkəran, Ağdaş, Şirvan şəhərlərində yerləşən 32 ümumtəhsil məktəblərində elektron jurnallar tətbiq olunur.

Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsindən verilən məlumata əsasən, elekton jurnallardan istifadə edən məktəblərin sırasına cari dərs ilində daha 11 məktəb cəlb olunacaq. Yaxın illər ərzində isə əksər ümumtəhsil müəssisələrində elektron jurnal tətbiq ediləcək.

Eyni zamanda qeyd etmək lazımdır ki, valideynlər təmənnasız olaraq, Təhsil Nazirliyi tərəfindən yaradılmış Təhsil Portalının Valideyn elektron nəzarəti sistemi vasitəsi ilə şagirdlərin qiymətləri və davamiyyəti haqqında məlumatları əldə edə bilərlər. Bundan əlavə, proqram vasitəsi ilə məktəbin müdiriyyəti, müəllimləri və digər valideynlər ilə interaktiv ünsiyyət saxlamaq, məktəbin fəaliyyəti ilə bağlı elanlar (valideyn iclasları, yığınacaqlar, iməciliklər) ilə tanış olmaq imkanı da vardır. Hazırda bu sistemdən "Elektron məktəb" layihəsində iştirak edən məktəb şagirdlərinin valideynləri istifadə edir.İnternet üzərindən bu xidmətə qoşulmaq məqsədilə valideynlər məktəb tərəfindən təqdim olunan müqaviləni doldurub imzalayaraq xüsusi login və parol ala bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti