...

Baş konsul: Sevinc Babayevanın cənazəsi sabah Bakıya göndəriləcək (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 28 Dekabr 2012 14:32 (UTC +04:00)
Sabah Sevinc Babayevanın meyiti yarılacaq, ölümünün səbəbinin müəyyənləşdirilməsi üçün məhkəmə-tibbi ekspertizası keçiriləcək. Bunu cümə günü telefonla Trend-ə Azərbaycanın İstianbuldakı Baş konsulu Həsən Zeynalov deyib.
Baş konsul: Sevinc Babayevanın cənazəsi sabah Bakıya göndəriləcək (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 28 dekabr /Trend, müxbir S.Ağayeva/

Sabah Sevinc Babayevanın meyiti yarılacaq, ölümünün səbəbinin müəyyənləşdirilməsi üçün məhkəmə-tibbi ekspertizası keçiriləcək. Bunu cümə günü telefonla Trend-ə Azərbaycanın İstianbuldakı Baş konsulu Həsən Zeynalov deyib.

Zeynalov bildirib ki, onun cəzanəsi Bakıya sabah göndəriləcək.

Baş konsul qeyd edib ki, Babayevanın oğlu və ailə üzvləri İstanbulda xəstəxanadadırlar.

Trend-in daha öncə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanova istinadən verdiyi məlumata görə, Məmmədov Ayxan Eldar oğlu dekabrın 27-də saat 16:00-da Bakı şəhər prokurorluğuna zəng edərək anası Sevinc Babayevanın Türkiyənin İstanbul şəhərindəki hospitallardan birində ürək xəstəliyindən vəfat etdiyini deyib.

Qeyd edək ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin yaydığı qalmaqallı videoda adı hallanan Sevinc Babayeva İnterpol tərəfindən axtarışa verilib.

Qeyd edək ki, sentyabrın 25-də Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev tərəfindən Milli Məclisin sabiq deputatı Gülər Əhmədova ilə bağlı kütləvi informasiya vasitələrində video yayılıb. Qeyd edilən video ilə bağlı Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə cinayət işi başlanıb.

"Medicana İnternational" xəstəxanasından Trend-ə bildiriblər ki, Sevinc Babayeva adında Azərbaycan vətəndaşının kartotekada qeydiyyatı yoxdur: "Ümumiyyətlə bu barədə hər hansı məlumat vermək səlahiyyətində deyilik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti