...

Ankarada Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram şənliyi təşkil olunub (FOTO)

Cəmiyyət Materials 30 Dekabr 2012 01:55 (UTC +04:00)
Səfirlikdən Trend-ə verilən məlumata görə, tədbirdə çox sayda diaspor nümayəndəmiz, Türkiyə ictimaiyyətindən olan elm, siyasət və incəsənət xadimləri, Ankarada təhsil alan tələbələrimiz, müxtəlif ictimai birliklərin təmsilçiləri və səfirliyin əməkdaşları iştirak edib.
Ankarada Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram şənliyi təşkil olunub (FOTO)

Azərbaycan, Bakı, 30 dekabr /Trend/

Azərbaycanın Türkiyədəki səfirliyində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram şənliyi təşkil olunub.

Səfirlikdən Trend-ə verilən məlumata görə, tədbirdə çox sayda diaspor nümayəndəmiz, Türkiyə ictimaiyyətindən olan elm, siyasət və incəsənət xadimləri, Ankarada təhsil alan tələbələrimiz, müxtəlif ictimai birliklərin təmsilçiləri və səfirliyin əməkdaşları iştirak edib.

Tədbirin açılış nitqini səfir Faiq Bağırov həyata keçirərək, qonaqları salamlayıb, birliyimizin əhəmiyyətini bizə xatırladan Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün önəminə toxunub və Azərbaycan Prezidenti İlham Əliyevin qeyd olunan gün münasibətilə dünya azərbaycanlılarına ünvanladığı müraciəti oxuyub.

Daha sonra bir neçə diaspor nümayəndəmiz öz çıxışlarında Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün banisi, ümummilli liderimiz Heydər Əliyevin həmrəyliyimizin bizə verəcəyi qüdrətin əhəmiyyətindən bəhs edib.

Sonra tədbirdə hər il ənənə halını alan səfirliyin təşəkkürnamələri təqdim olunub. İl ərzində ölkəmizin təbliği ilə bağlı tədbirlərdə fəal iştirak edən diaspor nümayəndələrimizin səfirliyin təşəkkürnamələri ilə təltif edilməsi tədbir iştirakçıları arasında böyük həyəcan və sevinc hisslərinin yaşanmasına səbəb olub.

Daha sonra tədbir iştirakçılarına ziyafət verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti