...

Sevinc Babayevanın meyiti Bakıya gətirilib

Cəmiyyət Materials 30 Dekabr 2012 08:20 (UTC +04:00)
İstanbul xəstəxanaların birində vəfat edən Sevinc Babayevanın meyiti Bakıya göndərilib. Trend-in Doğan xəbər agentliyinə istinadən verdiyi məlumata görə, aviareys İstabuldan yerli vaxtla saat 22:50-də uçub.
Sevinc Babayevanın meyiti Bakıya gətirilib

Azərbaycan, Bakı, 30 dekabr /Trend /

İstanbul xəstəxanaların birində vəfat edən Sevinc Babayevanın meyiti Bakıya göndərilib. Trend-in Doğan xəbər agentliyinə istinadən verdiyi məlumata görə, aviareys İstabuldan yerli vaxtla saat 22:50-də uçub.

Qeyd edək ki, sentyabrın 25-də Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev tərəfindən Milli Məclisin sabiq deputatı Gülər Əhmədova ilə bağlı kütləvi informasiya vasitələrində video yayılıb. Qeyd edilən video ilə bağlı Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə cinayət işi başlanıb.

Trend-in öncə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanova istinadən verdiyi məlumata görə, Məmmədov Ayxan Eldar oğlu dekabrın 27-də saat 16:00-da Bakı şəhər prokurorluğuna zəng edərək anası Sevinc Babayevanın Türkiyənin İstanbul şəhərində fəaliyyət göstərən hospitallardan birində ürək xəstəliyindən vəfat etdiyini deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti