...

Azərbaycanda uşaqlar üçün yeni peyvənd tətbiq olunacaq

Cəmiyyət Materials 25 Yanvar 2013 17:43 (UTC +04:00)
Azərbaycanda 2013-cü ilin sonu və ya 2014-cü ildə Azərbaycanda pnevmakok pnevmaniyaya qarşı peyvənd tətbiq olunacaq. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə respublikanın baş pediatrı Nəsib Quliyev bildirib.
Azərbaycanda uşaqlar üçün yeni peyvənd tətbiq olunacaq

Azərbaycan, Bakı, 25 yanvar /Trend, müxbir M.Əliyev/

Azərbaycanda 2013-cü ilin sonu və ya 2014-cü ildə Azərbaycanda pnevmakok pnevmaniyaya qarşı peyvənd tətbiq olunacaq. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə respublikanın baş pediatrı Nəsib Quliyev bildirib.

"Azərbaycanda sətəlcəm adlanan pnevmakok pnevmaniya xəstəliyinə qarşı peyvəndin başlanması uşaqlarımızın sağlamlığının bərpasında, uşaq ölümünün azaldılmasında böyük bir addım olacaq", - o deyib.

Quliyev bildirib ki, hazırda Azərbaycanda uşaqlara 10 yoluxucu xəstəliyə qarşı peyvənd vurulur. Bu xəstəliklərdən üçünə (vərəm, poliomielit və hepatit B) qarşı peyvənd uşaqlar doğulandan sonra 1 həftə ərzində vurulur, daha 4 peyvəndə uşaqlar 2 aylıq olandan sonra qoşulur, 1 yaşında isə daha üç xəstəliyə - qızılca, məxmərək və paratitə qarşı peyvənd olunurlar.

"Dünyanın ən yüksək inkişaf etmiş ölkələrində peyvənd təqviminə görə 13-dən 15-dək yoluxucu xəstəlik daxildir. 2-3 ilə Azərbaycan dünyada ən inkişaf etmiş ölkə səviyyəsində peyvənd təqvimini həyata keçirəcək", - o deyib.

Baş pediatr vurğulayıb ki, əsas məsələ Azərbaycanda uşaqlar üçün olunan peyvəndlərin dövlət tərəfindən maliyyələşdirilməsidir.

Quliyev ölkədə uşaq ölümünün səviyyəsinin aşağı düşməsi ilə bağlı tədbirlərin həyata keçirildiyini də vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycanda ötən il uşaqlar arasında ölüm göstəricisi 1990-cı ildəki 29-30 promillidən 10,8 promilliyə qədər azalıb. "Əminəm ki, 2015-ci ilədək Azərbaycan dövləti tərəfindən aparılan tədbirlər nəticəsində bu azalmanı inkişaf etmiş Avropa ölkələrinin səviyyəsinə - 1,3 promilliyədək çatdırmaq olacaq", - Quliyev deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti