...

Azərbaycanda mehmanxanaların sayı 5 dəfədən cox artıb

Cəmiyyət Materials 6 Mart 2013 14:12 (UTC +04:00)
Azərbaycanda 2003-cü illə müqayisədə mehmanxana və mehmanxana tipli obyektləırin sayı 5 dəfədən cox artaraq 506-ya çatıb.
Azərbaycanda mehmanxanaların sayı 5 dəfədən cox artıb

Azərbaycan, Bakı, 6 mart /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda 2003-cü illə müqayisədə mehmanxana və mehmanxana tipli obyektləırin sayı 5 dəfədən cox artaraq 506-ya çatıb.

Trend-in məlumatına görə, "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci ildə fəaliyyəti haqqında hesabat"da qeyd edilib ki, onlartın 80 faizi regionlarda yerləşir. Azərvbaycandakı turizm şirkətlərinin sayı isə 200-ə çatıb.

Ötən il Azərbaycana gələn əcnəbilərin sayı 2003-cü illə müqayisədə 2,4 dəfə artaraq 2 milyon 480 min nəfərdən çox olub.

Ötən il İçərişəhərdəki muzeylərə gələn ziyarətçilərin sayı 187 229 nəfərə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti