...

Azərbaycanın bəzi yerlərində havanın temperaturu 22 dərəcəyədək yüksələcək

Cəmiyyət Materials 11 Mart 2013 12:01 (UTC +04:00)
Sabah Azərbaycanın bəzi yerlərində havanın temperaturu 22 dərəcəyədək yüksələcək
Azərbaycanın bəzi yerlərində havanın temperaturu 22 dərəcəyədək yüksələcək

Azərbaycan, Bakı, 11 mart /Trend, müxbir İ.İsabalayeva/

Sabah Azərbaycanın bəzi yerlərində havanın temperaturu 22 dərəcəyədək yüksələcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova Trend-ə bildirib ki, martın 11-də Bakı və Abşeron yarımadasında hava əsasən, yağmursuz, səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim çənub küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 3-6, gündüz 13-17, bəzi yerlərdə 19 dərəcəyə kimi isti olacaq.

Martın 12-13-də Bakı və Abşeron yarımadasında komfort temperatur şəraiti müsbət amil olsa da, normadan aşağı atmosfer təzyiqi fonunda arabir güclənən gilavar küləyi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.

Azərbaycanın rayonlarında martın 12-də hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim çənub küləyi arabir güclənəcək. Havanın temperaturu rayonlarda gecə 2-7, gündüz 15-20, bəzi yerlərdə 22 dərəcəyədək isti olacaq. Dağlarda gecə 0-5 dərəcə isti, gündüz 10-15, bəzi yerlərdə 19 dərəcəyədək isti olacaği gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti