...

Bakıda motosikletin qaydanı pozması yol qəzasına səbəb oldu (VİDEO)

Cəmiyyət Materials 11 Mart 2013 15:29 (UTC +04:00)
Trend-in məlumatına görə, motosiklet sürücüsünün işıqforun qırmızı işığında keçməsi nəticəsində yol qəzası baş verib, nəticədə motosikletin sürücüsü və sərnişini xəsarət alıb.
Bakıda motosikletin qaydanı pozması yol qəzasına səbəb oldu (VİDEO)

Azərbaycan, Bakı, 11 mart /Trend, müxbir İ.İzzət/

Bakıda motosikletin qaydanı pozması yol qəzasına səbəb oldu.

Trend-in məlumatına görə, motosiklet sürücüsünün işıqforun qırmızı işığında keçməsi nəticəsində yol qəzası baş verib, nəticədə motosikletin sürücüsü və sərnişini xəsarət alıb.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi piyada və sürücüləri yollarda diqqətli olmağa və yol-hərəkət qaydalarına riayət etməyə çağırır.

Qeyd edək ki, yol polisi Bakıda motosiklet sürücüləri tərəfindən törədilən kobud qayda pozuntularının aşkar edilməsi məqsədilə mütəmadi reydlər keçirir.

Xatırladaq ki, illik statistikalara görə, hər il orta hesabla Bakıda 20-dən artıq yol nəqliyyat hadisəsi motosiklet sürücüləri tərəfindən törədilir.

Video Player

Məqalədə:
Xəbər lenti

Xəbər lenti