Azərbaycan, Bakı, 19 mart /Trend, müxbir İ.İzzət/
Daxili İşlər Nazirliyi Tovuzda valyutadəyişmə məntəqəsinin işçisinin qətlə yetirilməsi ilə bağlı məlumat yayıb.
DİN-in mətbuat xidmətindən Trend-ə daxil olan məlumata görə, martın 18-də Tovuz şəhərindəki "Nəsimi" ticarət mərkəzinin valyutadəyişmə məntəqəsində işləmiş Sahib Cəfərov idarə etdiyi "Kia" markalı avtomaşını dayanacaqda saxlayıb iş yerinə gedərkən maska taxmış naməlum şəxs odlu silahdan (ov tüfəngindən) atəş açaraq ona sağ bud nahiyəsindən xəsarət yetirib.
Cəfərov qanaxmadan hadisə yerində ölüb. İlkin yoxlama prokurorluq, əməliyyat-axtarış tədbirləri RPŞ tərəfindən aparılır.
DİN Tovuzda valyutadəyişmə məntəqəsinin işçisinin qətlə yetirilməsi ilə bağlı məlumat yayıb
DİN-in mətbuat xidmətindən Trend-ə daxil olan məlumata görə, martın 18-də Tovuz şəhərindəki "Nəsimi" ticarət mərkəzinin valyutadəyişmə məntəqəsində işləmiş Sahib Cəfərov idarə etdiyi "Kia" markalı avtomaşını dayanacqda saxlayıb, iş yerinə gedərkən maska taxmış naməlum şəxs odlu silahdan (ov tüfəngindən) atəş açaraq ona sağ bud nahiyəsindən xəsarət yetirib.
