...

Heydər Əliyev Mərkəzi jurnalistlər arasında yazı müsabiqəsi elan edir

Cəmiyyət Materials 19 Mart 2013 17:00 (UTC +04:00)
Heydər Əliyev Mərkəzi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar jurnalistlər arasında "Azərbaycanın xarici siyasətdə ən böyük nailiyyəti", "Azərbaycan - beynəlxalq layihələrin təhlükəsiz ünvanı", "Azərbaycanın xarici siyasətinin prioritetləri" mövzularında yazı müsabiqəsi elan edir.
Heydər Əliyev Mərkəzi jurnalistlər arasında yazı müsabiqəsi elan edir

Azərbaycan, Bakı, 19 mart /Trend/

Heydər Əliyev Mərkəzi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar jurnalistlər arasında "Azərbaycanın xarici siyasətdə ən böyük nailiyyəti", "Azərbaycan - beynəlxalq layihələrin təhlükəsiz ünvanı", "Azərbaycanın xarici siyasətinin prioritetləri" mövzularında yazı müsabiqəsi elan edir. Bu barədə Trend-ə Mərkəzin mətbuat xidmətindən məlumat verilib.

Müsabiqəyə göndərilən məqalələr bu mövzulardan birini əhatə etməli, araşdırma xarakterli olmalıdır. Yazılar 12 ölçülü "Times New Roman" şriftində, 8-9 min çap işarəsi həcmində təqdim edilməlidir. Məqalələr Azərbaycan, rus və ingilis dillərində ola bilər. Bir müəllif müsabiqəyə bir məqalə təqdim etməlidir.

Məqalələr KİV nümayəndələrinin vəsiqəsinin surəti ilə birlikdə 27 mart 2013-cü il tarixindən 27 aprel 2013-cü il tarixinədək Heydər Əliyev Mərkəzinin [email protected] və ya [email protected] elekton poçt ünvanına göndərilməlidir. Məqalələri, həmçinin Heydər Əliyev Mərkəzinə (ünvan: Bakı şəhəri, Heydər Əliyev prospekti) təqdim etmək olar.

Qaliblərə mükafatlar təqdim ediləcək.

Mükafatlar:

1-ci yer in qalibi üçün 1 ədəd masaüstü kompüter və 1 ədəd planşet kompüter

2-ci yerin qalibi üçün 1 ədəd noutbuk

3-cü yerin qalibi üçün 1 ədəd planşet kompüter

Müsabiqədə fərqlənən daha 10 nəfərə həvəsləndirici mükafat - mini planşet kompüter təqdim ediləcək. Müsabiqə ilə bağlı suallar Heydər Əliyev Mərkəzinin (+994 12) 505 60 01 əlaqə telefonunda cavablandırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti