...

Böyük Britaniyanın sabiq baş nazirinə Nizami Gəncəvi Beynəlxalq Mükafatı verilib

Cəmiyyət Materials 22 Mart 2013 14:43 (UTC +04:00)
Böyük Britaniyanın sabiq baş naziri Margaret Tetçerə Nizami Gəncəvi Beynəlxalq Mükafatı verilib.
Böyük Britaniyanın sabiq baş nazirinə Nizami Gəncəvi Beynəlxalq Mükafatı verilib

Azərbaycan, Bakı, 22 mart /Trend/

Böyük Britaniyanın sabiq baş naziri Margaret Tetçerə Nizami Gəncəvi Beynəlxalq Mükafatı verilib.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Böyük Britaniya Krallığının sabiq baş naziri, Margaret Tetçerin katibliyindən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin müraciətinə müsbət cavab verilib.

"Xanım Margaret Tetçer sizə yazmamı xahiş edərək bildirir ki, böyük nüfuzu olan Nizami Gəncəvi mükafatının ona təqdim olunması qərarından böyük qürur hissi keçirir və bu qərara görə öz dərin təşəkkürünü bildirir", - cavab məktubunda deyilir.

Nizami Gəncəvi Beynalxəlq Mükafati dünyada müstəsna xidmətləri olan şəxsiyyətlərə təqdim olunur.

Buna qədər bu mükafat ABŞ-nın 42-ci prezidenti Bill Klintona, Türkiyə Cümhuriyyətinin 9-cu prezidenti Süleyman Dəmirələ, Birmanın lideri Aung Sang Suya, Şərqi Avropanın ilk qadın prezidenti Vaira Vike-Freibergaya təqdim olunub.

Mükafat Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi və Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə hazırlanılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti