...

Azərbaycanda uşaqlar pnevmaniyanın bütün növlərindən qorunacaqlar

Cəmiyyət Materials 28 Mart 2013 13:57 (UTC +04:00)
Yaxın illərdə Azərbaycanda uşaqlar üçün pnevmakok infeksiyalarına qarşı 13 valentli vaksin tətbiq ediləcək və bununla da uşaqlar pnevmaniyanın bütün növlərindən qorunacaqlar.
Azərbaycanda uşaqlar pnevmaniyanın bütün növlərindən qorunacaqlar

Azərbaycan, Bakı, 28 mart /Trend, müxbir İ.İsabalayeva/

Yaxın illərdə Azərbaycanda uşaqlar üçün pnevmakokk infeksiyalarına qarşı 13 valentli vaksin tətbiq ediləcək və bununla da uşaqlar pnevmaniyanın bütün növlərindən qorunacaqlar. Bunu cümə axşamı Trend-ə Azərbaycan Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib.

Onun sözlərinə görə, bu ilin II yarısından Azərbaycanda uşaqların pnevmokokk infeksiyalarına qarşı peyvənd edilməsinə başlamaq nəzərdə tutulur. Pnevmakokk əleyhinə 10 valentli vaksinlər 1 yaşadək uşaqlara 3 dəfə vurulacaq. Hazırda bu vaksinin tətbiqi üçün hazırlıq işləri görülür. Hazırlıq işləri başa çatdıqdan sonra respublikaya tələb olunan sayda, uşaqların sayına uyğun vaksin preparatları gətiriləcək və peyvənd işinə başlanılacaq.

"Bu il ərzində uşaqlar üçün 10 valentli vaksinlər tətbiq ediləcək. Onda uşaqları həmin törədicinin 10 tipinə qarşı qorumaq olacaq. Azərbaycanda 13 valentli vaksin tətbiq edildikdə isə uşaqlarımız pnevmakokk bakteriyalarının 13 tipi tərəfindən törədilən infeksiyalardan, yəni pnevmaniyanın bütün növlərindən qorunacaqlar",-Əliyeva bildirib.

O qeyd edib ki, pnevmakok əleyhinə 10 valentli vaksin tətbiq edildikdən 1-2 il sonra 13 valentli vaksinlərin tətbiqi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti