...

Azərbaycanda özgə əmlakını mənimsəyən bank əməkdaşı barəsində cinayət işi başlanıb

Cəmiyyət Materials 28 Mart 2013 19:00 (UTC +04:00)
Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində aparılmış araşdırmalarla “Access Bank” Qapalı Səhmdar Cəmiyyətinin “20 yanvar” filialında saxta sənədlər əsasında külli miqdarda özgə əmlakının mənimsənilməsi faktları aşkar edilib.
Azərbaycanda özgə əmlakını mənimsəyən bank əməkdaşı barəsində cinayət işi başlanıb

Azərbaycan, Bakı, 28 mart /Trend/

Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində aparılmış araşdırmalarla "Access Bank" Qapalı Səhmdar Cəmiyyətinin "20 yanvar" filialında saxta sənədlər əsasında külli miqdarda özgə əmlakının mənimsənilməsi faktları aşkar edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, filialın kredit mütəxəssisi Kamal Fərəcov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək qeyriləri ilə cinayət əlaqəsinə girməklə 2010-2012-ci illərdə ayrı-ayrı şəxslərin adlarına saxta sənədlər tərtib etməklə 141 min 867 manat məbləğində kredit rəsmiləşdirərək mənimsəyib.

Fakta görə Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti