...

Bakı və Ankara universitetləri arasında yeni əməkdaşlıq sənədləri imzalanıb

Cəmiyyət Materials 2 Aprel 2013 13:33 (UTC +04:00)
Bakı Dövlət Universiteti (BDU) ilə Türkiyənin Ankara Universiteti arasında "Mövlanə Mübadilə Proqramı" çərçivəsində əməkdaşlıq haqqında müqavilə və niyyət protokulu imzalanıb.
Bakı və Ankara universitetləri arasında yeni əməkdaşlıq sənədləri imzalanıb

Azərbaycan, Bakı, 2 aprel /Trend, müxbir İ.İsabalayeva/

Bakı Dövlət Universiteti (BDU) ilə Türkiyənin Ankara Universiteti arasında "Mövlanə Mübadilə Proqramı" çərçivəsində əməkdaşlıq haqqında müqavilə və niyyət protokulu imzalanıb. Trend-in məlumatına görə, tədbirdə çıxış edən BDU-nun rektoru Abel Məhərrəmov qeyd edib ki, "Mövlanə Mübadilə Proqramı" Avropa Birliyinin "Erasmus-Mundos proqramı"na anoloji olaraq Türkiyə tərəfindən təsis edilmış proqramdır. Həmin proqram təhsil müəssisəsələri arasında tələbə və müəllim mübadiləsi, birgə elmi-tədqiqat işlərinin aparılmasını maliyyələşdirmək üçün nəzərdə tutulub.

Məhərrəmov imzalanan hər iki yeni sənədin BDU ilə Ankara Universiteti arasında əlaqələrin daha da inkişaf etməsinə imkan verəcəyini bildirib.

Bakı Dövlət Universitetinin rektoru bildirib ki, BDU uzun illər Türkiyənin bir cox universitetləri ilə əməkdaşlıq edir, tələbə mübadiləsi aparır. Onun sözlərinə görə, Azərbaycan universitetlərinin bir cox ixtisasları üzrə diplomlar Türkiyədə tanınsa da, bəzi ixtisasılar üzrə Azərbaycanın verdiyi diplomlar həmin ölkədə tanınmır.

Həmin ixtisaslardan birinin hüquq olduğunu nəzərə çatdıran Məhərrəmov qeyd edib ki, bu ixtisas üzrə Azərbaycanın verdiyi diplomlar Türkiyədə, Türkiyənin verdiyi diplomlar Azərbaycanda tanınmır.

"Biz cox fikirləşəndən sonra belə qənaətə gəldik ki, tələbələrə BDU ilə Ankara Universitetinin hüquq ixtisası üzrə ikili diplom verək. Artıq belə diplomlar alacaq ilk tələbələr 1-ci kursa qəbul olunublar. Onlar həm Ankara Universitetinin, həm də BDU-nun tələbələri hesab olunurlar. Onlar həm Türkiyənin, həm də Azərbaycanın universitetinin hüquq ixtisası üzrə diplomunu alacaqlar. Təbii ki, bu tələbələr hər iki rektorun nəzarəti altında olmalıdır",-Məhərrəmov qeyd edib.

Ankara Universitetinin rektoru Erkan İbiş bildirib ki, yaxın vaxtlarda 100 illiyini qeyd edəcək BDU ilə əməkdaşlıq etmək cox qürurvericidir. Onun sözlərinə görə, yeni sənədlərin imzalanmasında məqsəd hər iki təhsil müəssisəsi arasında daha güclü əlaqələrin yaradılmasına nail olmaqdır. O, səfəri zamanı BDU ilə əməkdaşlığın gələcəkdə daha yüksək formada inkişaf etdirilə bilməsinin mümkünlüyü barədə müzakirələrin aparılacağını da söyləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti