...

ADA-da strateji idarəetmə üzrə təlimlər keçiriləcək

Cəmiyyət Materials 2 Aprel 2013 15:16 (UTC +04:00)
Azərbaycan Diplomatik Akademiyasının (ADA) İxtisasartırma Proqramları Niderlandın Maastrixt Menecment Məktəbi ilə birgə təlim proqramı təşkil edəcək.
ADA-da strateji idarəetmə üzrə təlimlər keçiriləcək

Azərbaycan, Bakı, 2 aprel /Trend, müxbir İ.İzzət/

Azərbaycan Diplomatik Akademiyasının (ADA) İxtisasartırma Proqramları Niderlandın Maastrixt Menecment Məktəbi ilə birgə təlim proqramı təşkil edəcək.

ADA-nın Kommunikasiya Departamentindən Trend-ə verilən məlumata görə, "Strateji idarəetmə: işlək strategiyanın qurulması" mövzusunda təlimlər hökumət və özəl sektorda çalışan orta və yüksək vəzifəli menecerlər üçün nəzərdə tutulub.

Üçgünlük təlimlər zamanı Maastrixt Menecment Məktəbi də daxil olmaqla Niderland Krallığının aparıcı biznes məktəblərində dərs deyən strateji idarəetmə üzrə professor Dafir Kreymer təlim iştirakçılarına uğur qazanmaq üçün öz təşkilatlarını təhlil edib müvafiq fəaliyyət strategiyasının qurulması yollarını öyrədəcək. Professor Kreymer dərslər zamanı, həmçinin mövcud uğur strategiyası nümunələri və fərziyyələrini nəzərdən keçirərək, onların yerli təşkilatlara uyğunlaşdırılması üslublarına vaxt ayıracaq. "Strateji idarəetmə: işlək strategiyanın qurulması" təlim proqramına qəbul 2013-cü il, aprelin 18-dək davam edəcək.

Maraqlı şəxslər ADA İxtisasartırma Proqramları ilə [email protected] ünvanı vasitəsilə əlaqə saxlaya bilərlər.

Xatırladaq ki, bu tədris ilindən başlayaraq Azərbaycan Diplomatik Akademiyasında Maastrixt Menecment Məktəbi ilə birgə "Biznesin İdarəedilməsi" (Executive MBA) üzrə iki illik magistr təhsili də veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti