...

Sosial ipotekanın şamil olunduğu kateqoriyalar artırıla bilər

Cəmiyyət Materials 14 May 2013 14:55 (UTC +04:00)
Sosial ipotekanın şamil olunduğu kateqoriyalar artırıla bilər. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib.
Sosial ipotekanın şamil olunduğu kateqoriyalar artırıla bilər

Azərbaycan, Bakı, 14 may /Trend, müxbir E.Mehdiyev/

Sosial ipotekanın şamil olunduğu kateqoriyalar artırıla bilər. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib.

Nazir müavininin sözlərinə görə, ipoteka üçün sənədlərin təkmilləşdirilməsi işi Dövlət İpoteka Fondu tərəfindən aparılır, Gənclər və İdman Nazirliyi isə bu prosesin sosial tərəfləri ilə məşğul olur.

"Bizim verdiyimiz təkliflər içərisində bir sıra yeniliklər var. Sosial ipoteka indiyə qədər yalnız gənc ailələrə şamil olunurdu. Biz isə təklif etmişik ki, bu proses gənclərə də şamil olunsun. Yəni qanunvericiliklə nəzərdə tutulan 29 yaşa qədər olan gənclərimiz, hətta subay olsalar da, belə ipotekadan istifadə edə bilsinlər".

Onun sözlərinə görə, eyni zamanda kateqoriyaların artırılması təklif olunub: "Bu günə qədər 5 kateqoriya olub. Lakin biz təklif etmişik ki, müxtəlif beynəlxalq olimpiadalarda, elmi müsabiqələrdə qalib gəlmiş gənclərimiz də bu müddəalara aid edilsin".

O, ölkədaxili və xarici tədbirlərdə fərqlənənlərə də bu ipotekanın şamil olunmasının vacibliyini vurğulayıb: "Hazırki ipotekada gənc alimlərin də qeyd olunmasına baxmayaraq,biz təklif etmişik ki, elmi müəssisələrin əməkdaşları da ora tətbiq edilsin".

Onun sözlərinə görə, bu yeniliklərdə ipoteka üçün ayrılan vəsaitin məbləğinin artırılmasından da söhbət gedir: "Bu yaxınlarda vəsaitin məbləği çoxaldılsa da, onun daha da artırılması müzakirə mövzusudur. Bundan əvvəl bir kreditin məbləği 35 min manat idi, hazırda isə 50 min manata qədər qaldırılıb. Kreditin daha da artırılması müzakirə mövzusudur. Düşünürəm ki, yaxın aylar ərzində yeni sənədlərin qəbulunun şahidi olacağıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti