...

Həftənin ilk iş günündə hava əsasən yağmursuz keçəcək

Cəmiyyət Materials 2 İyun 2013 13:55 (UTC +04:00)
Həftənin ilk iş günündə hava əsasən yağmursuz keçəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildirilib ki, sabah hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək.
Həftənin ilk iş günündə hava əsasən yağmursuz keçəcək

Azərbaycan, Bakı, 2 iyun /Trend/

Həftənin ilk iş günündə hava əsasən yağmursuz keçəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildirilib ki, sabah hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək.

Temperatur gecə 15-20°, gündüz 24-29°, Bakıda gecə 18-20°, gündüz 26-28° isti olacaq. Atmosfer təzyiqi 752 millimetr civə sütunu, nisbi rütubət 65-70 faiz təşkil edəcək.

Azərbaycanın bölgələrində şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.

Havanın temperaturu gecə 17-21° isti, gündüz 26-31° isti, dağlarda gecə 12-17° isti, gündüz 22-26° isti olacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti