...

"Azərikimya" sağlamlıq imkanları məhdud olan sumqayıtlı məktəblilərə diqqət və qayğını artırır (FOTO)

Cəmiyyət Materials 4 İyun 2013 16:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 iyun /Trend/

ARDNŞ-nin "Azərikimya" İstehsalat Birliyi "Qızıl Aypara" Cəmiyyəti Sumqayıt şəhər təşkilatı ilə birgə yeni xeyriyyə aksiyası keçirib.

Şəhərin Sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi tipli internat məktəbində 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə və Son zəngə həsr olunmuş tədbirdə iştirak edən "Azərikimya" İB-nin Həmkarlar İttifaqı Komitəsinin sədri Vaqif Ömərov və "Qızıl Aypara" Cəmiyyəti Sumqayıt şəhər təşkilatının sədri Mətanət Məhərrəmova hər iki əlamətdar gün münasibətilə pedaqoji kollektivi və məktəbliləri təbrik edib, birincilərə qiymətli hədiyyələr paylayıblar. Tədbirdə, həmçinin tədris ilini yüksək nəticələrlə başa vurmuş şagirdlərə fəxri fərmanlar təqdim olunub.

Sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi tipli internat məktəbinə göstərdikləri daimi diqqət və qayğıya görə məktəbin direktoru Ayət xanım Kərimova Sumqayıt şəhər İcra Hakimiyyətinə, "Azərikimya" İstehsalat Birliyinə və "Qızıl Aypara" Cəmiyyəti Sumqayıt şəhər təşkilatına dərin minnətdarlığını bildirərək vurğulayıb ki, ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində "Azərikimya"nın bu məktəbin həyətində istifadəyə verdiyi müasir tələblərə uyğun mini-futbol meydançası xüsusi qayğıya ehtiyacı olan şagirdlər üçün ən gözəl hədiyyə olub.

Tədbir şagirdlərin təqdim etdikləri ədəbi-bədii kompozisiyalarla başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti