...

Bakıda 8-ci TedxBakı konfransı keçiirlir

Cəmiyyət Materials 8 İyun 2013 10:56 (UTC +04:00)
Bu gün ABŞ səfiri Riçard Morninqstar Bakı Caz Mərkəzində "Dəyişən tezliklər" adı altında keçirilən sayca 8-ci TedxBakı (TEDeksBakı) konfransını açıq elan edib.
Bakıda 8-ci TedxBakı konfransı keçiirlir

Azərbaycan, Bakı, 8 iyun /Trend, müxbir S.Əhmədova/

Bu gün ABŞ səfiri Riçard Morninqstar Bakı Caz Mərkəzində "Dəyişən tezliklər" adı altında keçirilən sayca 8-ci TedxBakı (TEDeksBakı) konfransını açıq elan edib.

Trend-in məlumatına görə, ABŞ-ın Bakıdakı səfirliyi, Bakcell şirkətinin sponsorluğu və "İzmedia" şirkətinin təşkilatçılığı ilə keçirilən bu tədbirdə təqdimatçılar müxtəlif mövzular, o cümlədən təhsil, mədəniyyət, ədəbiyyat, musiqi və elm sahəsində çıxışlar ediblər.

TED Birləşmiş Ştatlarda keçirilən və dünyanın aparıcı mütəffəkirlərini, yaradıcılarını bir araya gətirərək onların daha çox maraqlandıran mövzular haqqında fikirlərini bölüşdükləri ilk konfransdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti