...

Səhiyyə müəssisələrinə vakant yerlərə qəbul imtahanlarının II mərhələsində 126 nəfər iştirak edəcək

Cəmiyyət Materials 8 İyul 2013 18:19 (UTC +04:00)
Səhiyyə Nazirliyinin keçərəcəyi mərkəzləşdirilmiş qaydada işə qəbul imtahanlarının ikinci mərhələsində 126 nəfər iştirak edəcək.
Səhiyyə müəssisələrinə vakant yerlərə qəbul imtahanlarının II mərhələsində 126 nəfər iştirak edəcək

Azərbaycan, Bakı, 8 iyul /Trend/

Səhiyyə Nazirliyinin keçərəcəyi mərkəzləşdirilmiş qaydada işə qəbul imtahanlarının ikinci mərhələsində 126 nəfər iştirak edəcək.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan Prezidentinin 05.09.2012-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nın icrasını təmin etmək məqsədilə Səhiyyə Nazirliyinin tabeçiliyində olan səhiyyə müəssisələrinə tibb işçilərinin vakant yerlərə qəbulu mərkəzləşdirilmiş qaydada aparılır.

Səhiyyə Nazirliyinin rəsmi internet səhifəsi vasitəsilə elan olunmuş 38 ixtisas üzrə vakant yerlərə 250 müraciət daxil olub. Bunlardan 208 nəfəri imtahanlarda iştirak hüququ qazanıb.

İmtahanların test mərhələsindən 126 nəfər məqbul alaraq ikinci, müsahibə mərhələsinə buraxılırlar.

Müsabiqənin nəticələri nazirliyin rəsmi internet səhifəsində yerləşdiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti