Azərbaycan, Bakı, 13 iyul /Trend, müxbir İ.İsabalayeva/
Aprelin sonundan indiyədək Bakıda 29 nəfər müxtəlif həşərat sancmaları ilə əlaqədar Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət edib.
Stansiyanın baş həkiminin müavini Oqtay Şahmalıyev Trend-ə bildirib ki, bu il həşəratla əlaqədar ilk sancma aprelin 29-da baş verib.
Dünən isə gün ərzində həşəratlarla əlaqədar 2 nəfər stansiyaya müraciət edib. Xəstələrdən birini əqrəb, digərini isə arı sancıb.