Azərbaycan, Bakı, 14 iyul /Trend, müxbir R.Vəlibəyov/
Həftənin ilk iş günündə Azərbaycanda hava yağmursuz olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə verilən məlumata görə, iyulun 15-də Bakı və Abşeron yarımadasında hava yağmursuz keçəcək. Havanın temperaturu gecə 20-25, gündüz 33-38 dərəcə isti olacaq.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu 26-28 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında da hava şəraiti əsasən yağmursuz keçəcək.
Havanın temperaturu Aran rayonlarında gecə 20-25, gündüz 33-38, bəzi yerlərdə 40 dərəcə, dağlarda gecə 13-18, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.