Azərbaycan, Bakı, 22 iyul /Trend, müxbir İ.İsabalayeva/
İyulun 22-si günün ikinci yarısından başlayaraq, Bakı və Abşeron yarımadasında hava küləkli olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev Trend-ə bildirib ki, sabah gün ərzində Bakıda və Abşeron yarımadasında havanın küləkli, dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz 29-34 dərəcə isti olacaq.
A.Verdiyevin sözlərinə görə, havanın küləkli olması yaxın günlər ərzində temperaturun yüksəlməsinə imkan verməyəcək. Yaxın 2-3 gün ərzində Bakı və Abşeron yarımadasında havanın temperaturu 35 dərəcədən yüksək olmayacaq.
İyulun 23-də Azərbaycanın rayonlarında havanın temperaturu 32-37 dərəcə olacaq. Qərb küləyi əsəcək.
A.Verdiyev bildirib ki, yaxın 2-3 gün ərzində Azərbaycanda küləkli hava şəraiti hökm sürəcək. Küləyin sürəti arabir güclənəcək. İyulun 24-25-də havanın temperaturu 33-38 dərəcə, bəzi yerlərdə 40 dərəcə isti olacaq.