...

"Azadlıq prospekti" stansiyasında ulu öndər Heydər Əliyevin portretləri yerləşdirilib (FOTO)

Cəmiyyət Materials 23 İyul 2013 14:24 (UTC +04:00)
Ölkəmizin müasir inkişafının ən mühüm mərhələləri olan ulu öndərin 1969-1982-ci və müstəqillik illərində respublikaya rəhbərlik etdiyi dövrdəki fəaliyyətinin öyrənilməsi və təbliği gənc nəslin maariflənməsi və layiqli vətəndaş kimi yetişməsi üçün böyük əhəmiyyətə malikdir.
"Azadlıq prospekti" stansiyasında ulu öndər Heydər Əliyevin portretləri yerləşdirilib (FOTO)

Azərbaycan, Bakı, 23 iyul /Trend/

Ölkəmizin müasir inkişafının ən mühüm mərhələləri olan ulu öndərin 1969-1982-ci və müstəqillik illərində respublikaya rəhbərlik etdiyi dövrdəki fəaliyyətinin öyrənilməsi və təbliği gənc nəslin maariflənməsi və layiqli vətəndaş kimi yetişməsi üçün böyük əhəmiyyətə malikdir. Bunu nəzərə alan Binəqədi Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən ulu öndərin həyatının müxtəlif dövrlərində çəkilmiş fotoşəkillərindən ibarət portretlər metronun "Azadlıq prospekti" stansiyasında divar boyunca yerləşdirilib.

Fonddan Trend-ə verilən məlumata görə, hər bir portretin altında ümummilli liderin müxtəlif dövrlərdə gənclərə xitabən söylədiyi nəsihətamiz fikirlərdən sitatlar da əks olunub. Gənc nəslin milli vətənpərvərlik ruhunda tərbiyə olunmasına xidmət edən və Heydər Əliyevin zəngin həyat təcrübəsindən qaynaqlanan nəsihətlərlə birlikdə hazırlanmış portretlər hər gün böyük izdihamın yaşandığı metrostansiyada vətəndaşlar tərəfindən xüsusi maraqla qarşılanır.

Aksiya hazırda davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti