...

“Royal Bank”ın vəzifəli şəxsləri məhkəmə qərarından kasasiya şikayəti veriblər

Cəmiyyət Materials 30 İyul 2013 11:48 (UTC +04:00)
“Royal Bank” ASC-nin Xəzər filialının sabiq müdiri Rinad Məmmədov və digər şəxslərin cinayət işi üzrə məhkəmə qərarından kasasiya şikayəti verilib.
“Royal Bank”ın vəzifəli şəxsləri məhkəmə qərarından kasasiya şikayəti veriblər

Azərbaycan, Bakı, 30 iyul /Trend, müxbir A.Məmmədov/

"Royal Bank" ASC-nin Xəzər filialının sabiq müdiri Rinad Məmmədov və digər şəxslərin cinayət işi üzrə məhkəmə qərarından kasasiya şikayəti verilib. Bakı Apelyasiya Məhkəməsindən Trend-ə verilən məlumata görə, hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən prosesdə tərəflər məhkəmənin ilkin baxış iclasının qərarından kasasiya şikayəti veriblər.

Məlumata görə, tərəflər apelyasiya şikayətlərinə məhkəmə istintaqı aparılmaqla baxılmasını istəyiblər. Hakimlərdə qərardan kasasiya şikayətini verildiyi üçün cinayət işinin materiallarını Ali Məhkəməyə göndəriblər.

Ali Məhkəmədə kasasiya şikayəti baxılanadək apelyasiya şikayətləri üzrə məhkəmə qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rinad Məmmədov, Rasif Əliyev, Ayaz Şirəliyev, Ramin Kərimov 3 il, Tamara Quliyeva, İftixar Həsənov, Orxan Ağayev, Samir Atakişiyev 2 il sınaq müddəti olmaqla şərti cəza alıblar. Digər təqsirləndirilən şəxslər Rafuf Qasımov və Mübariz Bayramovun hər birinin barəsində 1000 manat cərimə cəzası kəsilib.

Məhkəmənin hökmündən narazı qalan Baş prokurorluq apelyasiya protesti verib. Prokurorluq təqsirləndirilən şəxslərin cəzalarının ağırlaşdırılmasını istəyiblər. Həmçinin təqsirləndirilən şəxslər də apelyasiya şikayəti veriblər və barələrində bəraət hökmünün çıxarılmasını xahiş ediblər.

İttihama görə, "Royal Bank" ASC-nin Xəzər filialının sabiq müdiri Rinad Məmmədov, filialın xəzinədarı Rasif Əliyev, mütəxəssisi Ayaz Şirəliyev və qeyriləri qabaqcadan əlbir olaraq pul vəsaitlərinin vətəndaşlara verilməsi barədə saxta kredit müqavilələri, məxaric orderləri və sair rəsmi sənədlər tərtib etməklə 459 min 571 manat məbləğində pul vəsaitini mənimsəməkdə ittiham olunublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti