...

Azərbaycanda bağlanan qarışıq nikahların sayı iki, pozulanların sayı isə dörd dəfə artıb

Cəmiyyət Materials 13 Sentyabr 2013 10:37 (UTC +04:00)
Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsi Azərbaycanda 2013-cü ilin birinci yarısı ərzində nikahlarla bağlı rəsmi statistikanı açıqlayıb.
Azərbaycanda bağlanan qarışıq nikahların sayı iki, pozulanların sayı isə dörd dəfə artıb

Azərbaycan, Bakı, 13 sentyabr /Trend, müxbir İ.İzzət/

Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsi Azərbaycanda 2013-cü ilin birinci yarısı ərzində nikahlarla bağlı rəsmi statistikanı açıqlayıb.

Trend-in sorğusuna cavab olaraq Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsindən bildiriblər ki, bu ilin ilk altı ayı ərzində bağlanmış 38453 nikah qeydə alınıb. Bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 5042 nikah çox deməkdir. Xatırladaq ki, ötən ilin ilk altı ayı ərzində 33411 nikah qeydə alınmıışdı.

Bu ilin ilk yarımilliyində qeydə alınan nikahların 1719-u qarışıq, yəni əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə bağlanıb ki, bu da ötən ilin analoji ilə dövrü ilə müqayisədə demək olar ki, iki dəfədən də çoxdur. Belə ki, ötən ilin ilk altı ayında 847 qarışıq nikah bağlanmışdı.

2013-cü ilin altı ayı ərzində 97-si əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə bağlı olmaqla ümumilikdə 5788 nikah pozulması baş verib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumən pozulan nikahların sayı artıb. Pozulan qarışıq nikahların sayında bur artım ötən illə müqayisədə dördqat olub.

Xatırladaq ki, 2012-ci ilin birinci yarısında 24-ü əcnəbi və vətəndaşlığı olmayan şəxslərlə bağlı olmaqla ümumilikdə 5386 nikah pozulması baş vermişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti