...

Əhliman Əmiraslanov: Vətəndaşların Azərbaycan səhiyyəsinə etimadı artıb

Cəmiyyət Materials 16 Sentyabr 2013 14:43 (UTC +04:00)
Vətəndaşların Azərbaycan səhiyyəsinə etimadı artıb
Əhliman Əmiraslanov: Vətəndaşların Azərbaycan səhiyyəsinə etimadı artıb

Azərbaycan, Bakı, 16 sentyabr / Trend, müxbir M.Əliyev/

Vətəndaşların Azərbaycan səhiyyəsinə etimadı artıb. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Tibb Universitetinin rektoru, millət vəkili Əhliman Əmiraslanov universitetdə Bilik Günü münasibətilə tələbələrlə keçirilən toplantıda bildirib.

Ə.Əmiraslanov bildirib ki, son 10 ildə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə səhiyyə infrastrukturunun yaxşılaşdırılması istiqamətində aparılan işlər nəticəsində bir çox yeni tibb ocaqları tikilib, digərlər müəssisələr əsaslı təmir olunub. Əmiraslanov tibb sahəsində kadrların hazırlığına da xüsusi diqqət yetirildiyini vurğulayıb: "Artıq vətəndaşlar xarici dövlətlərə üz tutmadan Azərbaycandakı yüksək səviyyəli tibb müəssisələrində müalicə keçirlər. Ötən illərə nisbətən artıq vətəndaşların Azərbaycan səhiyyəsinə etimadı artıb".

Ə.Əmiraslanov bir neçə gün öncə Prezident İlham Əliyevin Azərbaycan Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikasının açılışına qatıldığını qeyd edərək bildirib ki, yeni klinika istər tədris, istər elmi, istər müalicə-profilaktika, istərsə də müalicə-diaqnostika nöqteyi-nəzərindən son dərəcə geniş imkanlara malik olan, dünyanın bir çox universitetlərinin klinikaları ilə bir səviyyədə dayana biləcək bir klinikadır. Rektor vurğulayıb ki, universitetdə tələbələrin keyfiyyətli təhsil alması üçün hər cür şərait yaradılıb.

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyasının sədr müavini, millət vəkili Əli Əhmədov çıxışında müstəqillik dövrünün ilk illərini xatırladaq həmin illərdə ölkənin bütün sahələrində ağır şəraiti, səhiyyənin çətin durumda olduğunu bildirib. Ə.Əhmədov son illərdə vəziyyətin tamamilə dəyişdiyini qeyd edib. Onun sözlərinə görə, son 10 ildə həm təhsil, həm də səhiyyə sistemində böyük irəliləyiş baş verib.

Qeyd edək ki, bu il ATU-ya 931 tələbə daxil olub. Onlardan 39 nəfəri hərbi tibb fakültəsini seçib. Qəbul imtahanında 600 baldan yuxarı toplayan 380, 700 bal toplayan 2 tələbə indi ATU-nun tələbəsi adını daşıyır. Bu il universitetə qəbul olunanlar arasında 147 nəfər rezidentura, 10 nəfər magistratura tələbəsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti