...

Rövnəq Abdullayev: Yaxın vaxtlarda mədən ərazilərində qanunsuz tikililərlə bağlı qərar veriləcəyi gözlənilir

Cəmiyyət Materials 16 Sentyabr 2013 19:43 (UTC +04:00)
ARDNŞ işlənilmə və sənaye istehsalı üçün nəzərdə tutulmuş ərazilərdə yerləşən yaşayış tikililərinin sökülməsi ilə bağlı heç bir iş aparmır.
Rövnəq Abdullayev: Yaxın vaxtlarda mədən ərazilərində qanunsuz tikililərlə bağlı qərar veriləcəyi gözlənilir

Azərbaycan, Bakı, 16 sentyabr /Trend, müxbir E.İsmayılov/

ARDNŞ işlənilmə və sənaye istehsalı üçün nəzərdə tutulmuş ərazilərdə yerləşən yaşayış tikililərinin sökülməsi ilə bağlı heç bir iş aparmır. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi jurnalistlərə ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə, hazırda ARDNŞ yalnız ucaldılmış yeni tikililərə qarşı mübarizə aparır: "Daha əvvəl sənayə ərazilərində ucaldılmış tikililər sökülmür".

R.Abdullayev qeyd edib ki, ARDNŞ daha öncə qanunsuz tikililərlə bağlı bütün zəruri məlumatları, koordinatları və siyahıları dövlət komissiyasına təqdim edib: "Hökumət yaxın vaxtlarda bu məsələ üzrə qərar qəbul etməlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti