...

MTN: Pərviz Həşimov və Təvəkkül Qurbanov barəsində həbs qətimkan tədbiri seçilib

Cəmiyyət Materials 18 Sentyabr 2013 18:49 (UTC +04:00)
Azərbaycan vətəndaşları - Həşimov Pərviz Kamran oğlu və Qurbanov Təvəkkül Zəkəriyyə oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahın və döyüş sursatının qaçaqmalçılığı) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə etmə, saxlama, daşıma) maddələrində nəzərdə tutulan cinayətləri törətməkdə şübhəli bilindiklərinə görə 2013-cü il sentyabrın 17-də tutulublar.
MTN: Pərviz Həşimov və Təvəkkül Qurbanov barəsində həbs qətimkan tədbiri seçilib

Azərbaycan, Bakı, 18 sentyabr /Trend, müxbir İ.İzzət/

Azərbaycan vətəndaşları - Həşimov Pərviz Kamran oğlu və Qurbanov Təvəkkül Zəkəriyyə oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahın və döyüş sursatının qaçaqmalçılığı) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə etmə, saxlama, daşıma) maddələrində nəzərdə tutulan cinayətləri törətməkdə şübhəli bilindiklərinə görə 2013-cü il sentyabrın 17-də tutulublar.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Milli Təhlükəsizlik Nazirliyinin İctimai Əlaqələr Mərkəzindən məlumat verilib.

Məlumata görə, Pərviz Həşimov və Təvəkkül Qurbanov təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin 18 sentyabr tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, P.Həşimov jurnalist fəaliyyəti ilə məşğul olurdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti