...

Ombudsmanın nümayəndələri jurnalist Pərviz Həşimovun saxlanılma şəraiti ilə tanış olublar

Cəmiyyət Materials 25 Sentyabr 2013 17:56 (UTC +04:00)
Azərbaycanın insan hüquqları üzrə müvəkkilinin tapşırığına əsasən, Ombudsman Aparatının əməkdaşları, o cümlədən Milli Preventiv Qrupun üzvü olan həkim Milli Təhlükəsizlik Nazirliyinin Müvəqqəti Saxlama Yeri və İstintaq Təcridxanasında saxlanılan "Bizim Yol" qəzetinin əməkdaşı Pərviz Həşimovla görüşüb, onun saxlanılma şəraiti və vəziyyəti ilə tanış olublar.
Ombudsmanın nümayəndələri jurnalist Pərviz Həşimovun saxlanılma şəraiti ilə tanış olublar

Azərbaycan, Bakı, 25 sentyabr /Trend/

Azərbaycanın insan hüquqları üzrə müvəkkilinin tapşırığına əsasən, Ombudsman Aparatının əməkdaşları, o cümlədən Milli Preventiv Qrupun üzvü olan həkim Milli Təhlükəsizlik Nazirliyinin Müvəqqəti Saxlama Yeri və İstintaq Təcridxanasında saxlanılan "Bizim Yol" qəzetinin əməkdaşı Pərviz Həşimovla görüşüb, onun saxlanılma şəraiti və vəziyyəti ilə tanış olublar.

Ombudsman Aparatının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüş zamanı Pərviz Həşimov saxlanılma şəraiti ilə əlaqədar heç bir şikayətinin, rəftarla bağlı narazılığının və ona qarşı işgəncə halının olmadığını bildirib.

Söhbət zamanı P.Həşimov ona qarşı irəli sürülən ittihamla razılaşmadığını, istintaq hərəkətlərinin sürətləndirilməsini xahiş edib. O, həmçinin bankda qohumunun adına girovda olan, idarə etdiyi avtomobilin qaytarılmasında və istədiyi qəzetlərlə təmin olunmasında kömək göstərilməsini xahiş edib.

P.Həşimovun hüquqlarını müdafiə edən vəkillə görüşə şəraitin yaradılması məsələsi araşdırılıb və bununla bağlı heç bir problemin olmadığı müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti