...

Azərbaycanda kişi həkimlərin sayı azala bilər

Cəmiyyət Materials 27 Sentyabr 2013 13:57 (UTC +04:00)
Azərbaycanda tibbi təhsil sahəsində oğlan tələbələrin çatışmazlığı hiss olunur. Trend-in məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib.
Azərbaycanda kişi həkimlərin sayı azala bilər

Azərbaycan, Bakı, 27 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda tibbi təhsil sahəsində oğlan tələbələrin çatışmazlığı hiss olunur. Trend-in məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Azərbaycan Tibb Univeristetində təhsil alanların 65 faizi qızlardır. Rezidenturaya qəbul olunanlar da əsasən qızlardır. Buna görə də artıq tibb təhsili sahəsində oğlanların çatışmazlığı hiss olunur.

M.Abbaszadə tələbə kontiginentinin 50 faizindən coxunu qızların təşkil etdiyi digər ali məktəblərin də adlarını açıqlayıb. O bildirib ki, Azərbaycan Dövlət Pedaqoji Universitetində tələbələrin 85, Bakı Dövlət Universitetində 75, Rəssamlıq Akademiyasında 80, Naxçıvan Müəllimlər Universitetində 90, Azərbaycan Dillər Universitetində 80 faizindən çoxu qızlardır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti