...

Azərbaycanda 4 ayda 10 mindən çox məhkum barəsində amnistiya tətbiq olunub

Cəmiyyət Materials 1 Oktyabr 2013 09:56 (UTC +04:00)
Azərbaycanda amnistiya aktının 2013-cü il mayın 8-dən sentyabrın 9-dək olan dörd aylıq müddət ərzində icra olunması nəticəsində ümumilikdə 10 040 məhkum barəsində amnistiya tətbiq olunub.
Azərbaycanda 4 ayda 10 mindən çox məhkum barəsində amnistiya tətbiq olunub

Azərbaycan, Bakı, 1 oktyabr / Trend, müxbir M.Əliyev/

Azərbaycanda amnistiya aktının 2013-cü il mayın 8-dən sentyabrın 9-dək olan dörd aylıq müddət ərzində icra olunması nəticəsində ümumilikdə 10 040 məhkum barəsində amnistiya tətbiq olunub.

Trend-in məlumatına görə, "Azərbaycan" qəzetində dərc olunan yazısında Baş prokuror Zakir Qaralov deyib ki, onlardan 2 268 nəfəri azadlıqdan məhrumetmə cəzasından azad edilib, 566 məhkuma təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan hissəsi 6 ay azaldılıb, 6 935 məhkum intizam xarakterli hərbi hissədə saxlama, ictimai işlər, islah işləri, əsas cəza kimi təyin olunmuş müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə və cərimə növündə cəzalardan azad edilib: "Həmçinin azadlıqdan məhrumetmə və azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzaya şərti məhkum edilmiş və ya bu növ cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş, yaxud bu növ cəzasının cəkilməsi Cinayət Məcəlləsinin 79-cu maddəsinə müvafiq olaraq təxirə salınmış 271 məhkum amnistiya aktına əsasən cəzadan azad edilib".

Baş prokuror bildirib ki, amnistiya aktına əsasən, ümumilikdə 2.447 məhkum cəmi 1.929.828 manat cəriməni ödəməkdən azad olunmuşdur. Amnistiya şamil edilmiş şəxslərdən 4311 nəfər (42,9%) böyük ictimai təhlükə törətməyən, 5346 nəfər (53,3%) az ağır, 363 nəfər (3,6%) ağır, 20 nəfər (0,2%) xüsusilə ağır cinayətlər törətməyə görə məhkum edilmiş şəxslər olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti