...

Azərbaycanda küləkli, yağışlı, soyuq hava şəraiti müşahidə ediləcək

Cəmiyyət Materials 3 Oktyabr 2013 11:29 (UTC +04:00)
Sabahdan Azərbaycan ərazisində küləkli, yağışlı, soyuq hava şəraiti müşahidə ediləcək.
Azərbaycanda küləkli, yağışlı, soyuq hava şəraiti müşahidə ediləcək

Azərbaycan, Bakı, 3 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Sabahdan Azərbaycan ərazisində küləkli, yağışlı, soyuq hava şəraiti müşahidə ediləcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 4-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, küləyin sürəti arabir saniyədə 23-25 metrədək güclənəcək.

Havanın temperaturunun gecə 15 dərəcəyə yaxın, gündüz 16-20 dərəcə isti olacağı gözlənilir.

Oktyabrın 5-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, küləyin sürəti arabir saniyədə 23-25 metrədək güclənəcək, axşam isə 9-14 m/s-dək mülayimləşəcək.

Havanın temperaturunun gecə və gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında oktyabrın 4-5-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Yağışın aуп-ayrı yerlərdə intensiv və güclü olacağı ehtimalı var. Qərb küləyi əsəcək, arabir 20-25 m/s-dək güclənəcək. Havanın temperaturunun gecə 11-16, gündüz 18-23 isti, dağlarda gecə 3-8, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.

Qeyd edək ki, bu gün şimal və qərb rayonlarından başlayaraq, hava şəraitinin dəyişiləcəyi, temperaturun ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcəyi gözlənilir. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti