...

Dövlət Proqramı çərçivəsində bu il xaricdə oxuyacaq azərbaycanlıların sayı 766-ya çatdı

Cəmiyyət Materials 3 Oktyabr 2013 17:30 (UTC +04:00)
Təhsil üzrə Komissiya tərəfindən "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində 2013-2014-cü tədris ilində xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq üçün sənəd vermiş növbəti 165 namizəd barədə müsbət qərar qəbul olunub.
Dövlət Proqramı çərçivəsində bu il xaricdə oxuyacaq azərbaycanlıların sayı 766-ya çatdı

Azərbaycan, Bakı, 3 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində 2013-2014-cü tədris ilində xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq üçün sənəd vermiş növbəti 165 namizəd barədə müsbət qərar qəbul olunub.

Trend Təhsil Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, bu günə qədər adıçəkilən komissiya 2013-2014-cü tədris ili üzrə Dövlət Proqramı çərçivəsində xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq üçün sənəd vermiş 766 namizəd barədə müsbət qərar qəbul edib.

Dövlət Proqramı çərçivəsində təhsil almaq üçün sənəd vermiş digər namizədlər barədə müvafiq qərar qəbul olunduğu zaman bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti