...

"Bakıelektrikşəbəkə" Qurban bayramı ilə əlaqədar istirahət günlərində gücləndirilmiş iş rejimində çalışacaq

Cəmiyyət Materials 11 Oktyabr 2013 14:13 (UTC +04:00)
Bayram və istirahət günlərində enerji istehlakçılarının fasiləsiz elektrik enerjisi ilə təchiz olunmasını, habelə baş verə biləcək qəza hadisələrinin qarşısının alınması üçün zəruri tədbirlərin görülməsi təmin ediləcək.
"Bakıelektrikşəbəkə" Qurban bayramı ilə əlaqədar istirahət günlərində gücləndirilmiş iş rejimində çalışacaq

Azərbaycan, Bakı, 11 oktyabr /Trend/

Bayram və istirahət günlərində enerji istehlakçılarının fasiləsiz elektrik enerjisi ilə təchiz olunmasını, habelə baş verə biləcək qəza hadisələrinin qarşısının alınması üçün zəruri tədbirlərin görülməsi təmin ediləcək.

"Bakıelektrikşəbəkə" ASC-dən Trend-ə daxil olan məlumata görə, elektrik şəbəkələrinin normal iş rejiminin təmin olunması məqsədilə təşkil edilmiş növbətçilik üzərində nəzarət gücləndiriləcəkdir. Baş vermiş qəzaların nəticələrinin aradan qaldırılması halları istisna olmaqla, tədbirlərin keçirildiyi və digər bayram günlərində aparılması nəzərdə tutulan bütün işlərin müvəqqəti olaraq dayandırılması təmin ediləcək.

Abonentlərin bayram günlərində fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təchiz olunmaları üçün əlavə mal-material və maşın-mexanizmlər, texniki qüvvə və növbətçilik qaydaları müəyyən olunub, avadanlıq və material ehtiyatı təmin edilib.

Abonentlərdən xahiş olunur ki, yarana biləcək hər hansı problemlər haqqında "199 - Qəza Xidməti"nə zəng vuraraq məlumat versinlər. Yaradılmış operativ qruplar vasitəsilə yaranmış fasilələrin dərhal aradan qaldırılması mümkün olacaq.

"Bakıelektrikşəbəkə" ASC Azərbaycan xalqını müqəddəs Qurban bayramı münasibətilə təbrik edir, uzun ömür, cansağlığı, firavan həyat və işıqlı gələcək arzulayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti