...

AMEA Elmi Müəssisələrinin Direktorlar Şurası təsis edilib

Cəmiyyət Materials 17 Oktyabr 2013 16:23 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Elmi Müəssisələrinin Direktorlar Şurası təsis edilib.
AMEA Elmi Müəssisələrinin Direktorlar Şurası təsis edilib

Azərbaycan, Bakı, 17 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Elmi Müəssisələrinin Direktorlar Şurası təsis edilib. Trend-in məlumatına görə, bu barədə Akademiyanın Rəyasət Heyətinin iclasında bildirilib.

Şuranın sədri AMEA prezidenti Akif Əlizadə təyin edilib.

Bununla yanaşı, AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının yaradılması tövsiyə edilib. İclasda AMEA elmi müəssisə və təşkilatlarının rəhbərlərinə bu il noyabrın 30-dək Gənc Alim və Mütəxəssislər Şurasının yaradılması tapşırılıb.

Dekabrın 31-dək AMEA Gənc Alim və Mütəxəssislər Şurasının təsis yığıncağının keçirilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti