...

Bakı yol polisi avtomobillərdə Məhərrəm ayında reklam yazılarının yerləşdirilməsi məsələsinə aydınlıq gətirdi

Cəmiyyət Materials 2 Noyabr 2013 12:46 (UTC +04:00)
Bakı şəhər yol polisi Məhərrəm ayı zamanı avtomobillərdə reklam yazılarının yerləşdirilməsinin qanunauyğun olub-olmamasına aydınlıq gətirib.
Bakı yol polisi avtomobillərdə Məhərrəm ayında reklam yazılarının yerləşdirilməsi məsələsinə aydınlıq gətirdi

Azərbaycan, Bakı, 2 noyabr /Trend, müxbir E.Mehdiyev/

Bakı şəhər yol polisi Məhərrəm ayı zamanı avtomobillərdə reklam yazılarının yerləşdirilməsinin qanunauyğun olub-olmamasına aydınlıq gətirib.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən Trend-ə bildiriblər ki, nəqliyyat vasitələrində reklam yazılarının yerləşdirilməsi reklam haqqında qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməlidir. Belə ki, avtomobillərdə hər hansı reklamın yerləşdirilməsi yol polisi ilə razılaşdırılmalıdır.

Həmin reklamın avtomobildə yerləşdirilməsinə bir il müddətinə icazə verilir.

Məlumata görə, yol polisi əməkdaşları Məhərrəm ayında hər hansı yazı olan avtomobili aşkarladığı zaman həmin avtomobil saxlanılacaq və sürücüdən reklama icazə verən sənəd tələb olunacaq. Əgər belə sənəd olmasa, sürücü və ya avtomobil sahibi inzibati qaydada cəzalandırılacaq və barəsində protokol tərtib olunacaq.

Qeyd edək ki, noyabrın 5-də Azərbaycanda Məhərrəm ayı başlayır. Aşura günü cari ilin noyabrın 14-nə təsadüf edir.

Xatırladaq ki, son illərin təcrübəsi göstərir ki, Məhərrəm ayı zamanı avtomobillərdə dini mövzularda şüarlara rast gəlinir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti