...

Azərbaycanda mülayim hava şəraiti davam edəcək

Cəmiyyət Materials 6 Noyabr 2013 12:21 (UTC +04:00)
Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gecə 10-14, gündüz 18-23 dərəcə isti olacağı proqnozlaşdırılır.
Azərbaycanda mülayim hava şəraiti davam edəcək

Azərbaycan, Bakı, 6 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Yaxın iki gün ərzində Azərbaycanda mülayim hava şəraiti davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev Trend-ə bildirib ki, noyabrın 7-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacağı, axşam buludluluğun artacağı gözlənilir. Cənub küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gecə 10-14, gündüz 18-23 dərəcə isti olacağı proqnozlaşdırılır.

Noyabrın 7-də Azərbaycanın rayonlarında hava əsasən yağmursuz, səhər bəzi yerlərdə duman və çiskin olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturunun Aran rayonlarında gecə 8-13, gündüz 19-24, dağlarda gecə 2-7, gündüz 12-17 dərəcə isti olacağı ehtimalı var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti