...

Azərbaycan sinoptikləri meteohəssas insanlara xəbərdarlıq etdi

Cəmiyyət Materials 18 Noyabr 2013 12:20 (UTC +04:00)
Noyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq. Hava əsasən yağmursuz keçəcək. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Azərbaycan sinoptikləri meteohəssas insanlara xəbərdarlıq etdi

Azərbaycan, Bakı, 18 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Ekologiya və Təbii Sərvətlər Nazirliyi meteohəssas insanlara xəbərdarlıq edib.

Nazirliyin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova Trend-ə bildirib ki, yaxın iki gün ərzində Abşeron yarımadasında atmosfer təzyiqinin tərəddüdləri meteohəssas insanlarda diskomfort hissi yarada bilər.

Noyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq. Hava əsasən yağmursuz keçəcək. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gecə 6-9, gündüz 12 -15 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında noyabrın 19-da hava əsasən yağmursuz olacaq, lakin səhər və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman müşahidə ediləcək. Qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.

Havanın temperaturunun gecə 3-8, gündüz 13-17, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacağı ehtimalı var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti