...

Ucqar kənd məktəblərində işləyəcək gənc müəllimlər üçün həvəsləndirmə tədbirlərinin sayı artırılacaq

Cəmiyyət Materials 28 Dekabr 2013 15:29 (UTC +04:00)
Azərbaycanda ucqar kənd məktəblərinə işə qəbul olunacaq gənc müəllimlər üçün həvəsləndirmə tədbirlərinin sayı artırılacaq.
Ucqar kənd məktəblərində işləyəcək gənc müəllimlər üçün həvəsləndirmə tədbirlərinin sayı artırılacaq

Azərbaycan, Bakı, 28 dekabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda ucqar kənd məktəblərinə işə qəbul olunacaq gənc müəllimlər üçün həvəsləndirmə tədbirlərinin sayı artırılacaq.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın icrası ilə əlaqədar olaraq, ilkin mərhələdə ucqar kənd məktəblərində işləyən müəllimlər üçün nəzərdə tutulan həvəsləndirmə tədbirləri genişləndiriləcək. Sonrakı mərhələdə isə onların əməkhaqqı sistemi stimullaşdırılacaq. Bununla yanaşı, ucqar kəndlərdə yerləşən məktəblər üçün əlavə maliyyələşdirmə mexanizminin tətbiqi nəzərdə tutulur. Bütün bu tədbirlər isə ucqar kənd məktəblərinə işləməyə gedən gənc müəllimlərin öz iş yerlərindən imtina etməsinin qarşısına almağa imkan verəcək.

Nazirlikdən o da bildirilib ki, ümumi təhsil müəssisələrində işləyən müəllimlərinin həftəlik dərs yükünün optimallaşdırılması məsələsinə, strategiyada nəzərdə tutulduğu kimi, səriştə və nəticə əsaslı diferensiallaşdırılmış, əmək bazarında rəqabət qabiliyyətli əməkhaqqı sisteminin yaradılması çərçivəsində baxılacaq.

Qeyd edək ki, bu il müsabiqədən keçmiş 244 nəfər iş yerinə getməkdən imtina edib. İş yerinə getməyənlərin 82 faizi qadınlardır. İmtinaların əsas səbəbi iş yerlərinin rayon mərkəzlərindən uzaq olması, normal yaşayış şəraitinin təmin edilməməsi, həvəsləndirmə üçün verilən vəsaitin azlığıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti