...

Göyçay şəhərində şahmat məktəbi əsaslı təmir edilib

Cəmiyyət Materials 8 Yanvar 2014 10:04 (UTC +04:00)
Göyçay Rayon Şahmat Məktəbində Heydər Əliyev Fondunun təşəbbüsü ilə aparılan əsaslı təmir və yenidənqurma işləri başa çatdırılıb.
Göyçay şəhərində şahmat məktəbi əsaslı təmir edilib

Azərbaycan, Bakı, 8 yanvar /Trend/

Göyçay Rayon Şahmat Məktəbində Heydər Əliyev Fondunun təşəbbüsü ilə aparılan əsaslı təmir və yenidənqurma işləri başa çatdırılıb. Bu barədə Trend Heydər Əliyev Fondunun rəsmi saytına istinadən məlumat verib.

Ümumi sahəsi 360 kvadratmetr olan birmərtəbəli məktəb binasında əsaslı təmir və yenidənqurma işlərinə keçən il başlanılmışdı. Ötən müddətdə binanın mansart tipli ikinci mərtəbəsi tikilib və məktəbin ümumi sahəsi 600 kvadratmetrə çatdırılıb.

Əsaslı təmir və yenidənqurma işlərindən sonra məktəbdə 10 dərs otağı, 300 və 100 nəfərlik iki yarış zalı və yardımçı otaqlar mövcuddur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti