...

Azərbaycan vətəndaşlarının nəzərinə: Bəzi hərbi sənədlər "ASAN xidmət" mərkəzlərindən də alına biləcək

Cəmiyyət Materials 13 Yanvar 2014 16:44 (UTC +04:00)
Azərbaycanda vətəndaşlar hərbi mükəlləfiyyətlə bağlı arayışları və itirilmiş hərbi biletin əvəzinə yenisini “ASAN xidmət” mərkəzlərindən də ala biləcəklər.
Azərbaycan vətəndaşlarının nəzərinə: Bəzi hərbi sənədlər "ASAN xidmət" mərkəzlərindən də alına biləcək

Azərbaycan, Bakı, 13 yanvar /Trend, müxbir İ.İzzət/

Azərbaycan vətəndaşları hərbi mükəlləfiyyətlə bağlı arayışları və itirilmiş hərbi biletlərin əvəzinə yenisini "ASAN xidmət" mərkəzlərindən də ala biləcəklər.

Trend-in məlumatına görə, Azərbaycan vətəndaşları yaşayış yeri üzrə qeydiyyata alınarkən və qeydiyyatdan çıxarkən hərbi mükəlləfiyyətlə bağlı, yəni hərbi xidmətkeçmə haqqında arayışın verilməsi, eləcə də itirilmiş hərbi biletlərin (ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqələrin) əvəzinə yenisinin verilməsi üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətin rayon şöbələri ilə yanaşı, "ASAN xidmət" mərkəzlərinə də müraciət edə biləcəklər.

Faktı Trend-ə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən də təsdiq ediblər.

Hazırda bununla bağlı işlər "ASAN xidmət"də Dövlət Xidməti ilə birgə test rejimində sınaqdan keçirilir. Sistemin sınağı uğurla başa çatarsa, xidmət yaxın günlərdə vətəndaşların istifadəsinə veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti