...

Day.Az Media Şirkəti "İlin Şirkəti" mükafatına layiq görüldü

Cəmiyyət Materials 16 Yanvar 2014 09:00 (UTC +04:00)
Day.Az Media Şirkəti ötən il fəaliyyətində əldə etdiyi nailiyyətlərinə görə, mötəbər "İlin Şirkəti" mükafatı ilə təltif edilib.
Day.Az Media Şirkəti "İlin Şirkəti" mükafatına layiq görüldü

Azərbaycan, Bakı, 16 yanvar /Trend/

Day.Az Media Şirkəti ötən il fəaliyyətində əldə etdiyi nailiyyətlərinə görə, mötəbər "İlin Şirkəti" mükafatı ilə təltif edilib.

Jumeirah Bilgah Beach Hotel-də təşkil olunan təntənəli təqdimat mərasimində 2013-cü ildə öz sahələri üzrə fərqlənən uğurlu şirkətlər mükafatlandırılıb. "İlin media şirkəti" nominasiyasının qalibi Day.Az Media Şirkəti elan olunub.

Day.Az Media Şirkəti Azərbaycanın internet mediası nəhəngidir. Şirkət Day.az, Milli.az, Today.az xəbər portallarını, Moy.day sosial şəbəkəsini, elektron poçt xidmətini, Lady.day.az, Video.day.az, Music.day.az, kinozal və s. profilli saytları birləşdirir.

Şirkətin yeni layihəsi olan Lady.day.az qadın portalı ailə, sağlamlıq, gözəllik, moda, idman, kulinariya və s. sahələri, qadın həyatının bütün maraqlı məqamlarını əks etdirir.

Şirkətin digər yeni layihəsi Jobs.day.az internet portalı əmək bazarında iş və işçi axtarışı üçün ən effektli vasitədir. Bu sayt Azərbaycan miqyasında ən yaxşı mutəxəssisləri və iş yerlərini təqdim edir. 11 milyondan çox xülasənin yer aldığı Jobs.day.az-a hər gün 5 min yeni anket daxil olur. Saytda ətraflı, yoxlanılmış məlumatlar toplanılır, 26 növ peşə sahəsi 450 nov ixtisas uzrə təsnifatlaşdırılır. Hər gun 100 mindən artıq insan bu məlumatlarla tanış olur, 300 mindən artıq şirkət məlumat bazasından bəhrələnərək özünə kadrlar seçir. Hər şirkət Jobs.day.az-da öz vakant yerlərini elan və reklam edə bilər, hər bir istifadəçi axtarış sistemi ilə muvafiq elanları tapa bilər.

10 yaşı tamam olan Day.az xəbər portalı isə nüfuzlu Yandex.ru axtarış sistemində Cənubi Qafqaz ölkələri arasında ən çox istinad olunan portal kimi novbəti dəfə reytində birinciliyini saxlayıb.

İldən-ilə böyüyən və Cənubi Qafqazda lider olan Day.az Media Şirkəti yeni layihələri ilə inkişaf və dinamikasını artırmağı, reklam bazarını genişləndirməyi, oxucu miqyasını böyütməyi planlaşdırır. Bununla, şirkət beynəlxalq media sektorunda ən qabaqcıl yerləri tutmağa hədəflənib.

Xatırladaq ki, "İlin Şirkəti" mükafatı "Consulting&Business" jurnalı tərəfindən 2000-ci ildə təsis olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti