Müasir İncəsənət Muzeyində istedadlı gənc rəssam Məryəm Ələkbərlinin fərdi sərgisi açılıb (FOTO)

Müasir İncəsənət Muzeyində istedadlı gənc rəssam Məryəm Ələkbərlinin fərdi sərgisi açılıb (FOTO)

Azərbaycan, Bakı, 25 yanvar /Trend/

Yanvarın 25-də Müasir İncəsənət Muzeyində istedadlı gənc rəssam Məryəm Ələkbərlinin fərdi sərgisi açılmışdır.

AzərTAc xəbər verir ki, "YARAT!" Müasir İncəsənət Məkanının rəhbəri, istedadlı gənc rəssam Aida Mahmudovanın təşkilatçılığı ilə açılan sərgidə Məryəm Ələkbərlinin əsərlərinin Müasir İncəsənət Muzeyi tərəfindən nəşr olunmuş yeni kataloqu da təqdim edilmişdir.

Mədəniyyət və incəsənət xadimlərinin, ictimaiyyətin və KİV nümayəndələrinin iştirak etdikləri sərginin açılışında çıxış edən Aida Mahmudova demişdir: "Məryəmin əsərlərində çox güclü müsbət energetika vardır. Çoxsaylı elementləri özündə cəmləşdirən bu işlər güclü emosiyalar doğurur". A.Mahmudova vurğulamışdır ki, hələ gənc olmasına baxmayaraq, sənət aləmində yetərincə tanınmış Məryəm Ələkbərlinin əsərlərinin sərgisi dünyanın bir sıra məşhur incəsənət mərkəzlərində keçirilmişdir.

"Bu qızın daxilində güclü bir istedad gözlənir. O, öz işləri ilə həmin istedadı tədricən bizim üçün açır", - deyən Aida Mahmudova qeyd etmişdir ki, Məryəm Ələkbərli Paris Ali İncəsənət Məktəbində təhsil alır.

A.Mahmudova demişdir: "Onun əsərləri insana ruh verir, mən ona daha böyük yaradıcılıq uğurları, enerji, hər işində ilham arzulayıram. Demək istəyirəm ki, o, heç vaxt təslim olmamalı və həmişə öz arzularını gerçəkləşdirməlidir".

Baş nazirin müavini, Xalq Yazıçısı Elçin Əfəndiyev demişdir: "Hər bir parlaq incəsənət əsəri nadir hadisədir. Lakin indiki halda bu nadirlik xüsusi cəhətlərə malikdir. Məryəm Ələkbərlinin işlərində nə isə bir əsrarəngizlik var və bu əsrarəngizlik bizim həyatımızla, hisslərimizlə bağlıdır".

Gənc rəssamın əsərlərinin rəngarəngliyi, mövzu və rənglərin bənzərsizliyi ilə seçildiyini vurğulayan Elçin Əfəndiyev demişdir: "Bu işlərin birində natürmortlar, əlvan çiçəklər, digərində rəngbərəng balıqlar, tamamilə gözlənilməz mövzular əks olunmuşdur. Məryəm Ələkbərlinin rəsm əsərlərində sanki həyatın mənası, hisslərin məğzi barədə suallara cavab axtarılır. Onun işləri həm peşəkar rəssamların, həm də incəsənət pərəstişkarlarının böyük marağına səbəb olur".

Yazıçı Elçin bu sərginin təşkil edilməsində Aida Mahmudovanın da böyük rolunu vurğulamışdır. O demişdir: "Aida Mahmudova istedadlı rəssam olmaqla bərabər, həm də gözəl təşkilatçıdır. Bu xüsusiyyətlərə insanlarda nadir hallarda birgə rast gəlinir. Bugünkü sərgi Aida Mahmudovanın təşkilatçılıq işinin gözəl nümunəsidir".

Məryəm Ələkbərli erkən yaşlarından rəsm çəkməyə başlamışdır. Hazırda təkcə Bakıda deyil, İstanbul, Ankara, Berlin, Paris, Roma, Moskva kimi şəhərlərdə də onun sərgiləri təşkil edilir. İndiyə qədər onun rus, ingilis, fransız, alman və yapon dillərində albomları buraxılmışdır. Məryəmin müxtəlif janrlarda yaratdığı əsərlər məna və hisslərin dərinliyi ilə seçilir.

Məryəm öz əsərlərində görüb-duyduğu dünyanı məhəbbətlə əks etdirir.

İncəsənət aləmində kimisə heyrətləndirmək çətindir. Məryəm Ələkbərlinin məşhur incəsənət xadimlərinin diqqətini cəlb etməsi, onların rəğbətini qazanması bizdə qürur hissi oyadır.

Xalq Artisti, kinorejissor Eldar Quliyev Məryəm Ələkbərlinin yaradıcılığından söhbət açaraq demişdir: "Məryəm Ələkbərli istedadlı gənc rəssamdır. Onun əsərləri demək olar ki, bütün Avropanı gəzmişdir. Mən onun əsərlərinə həm peşəkarların, həm də adi tamaşaçıların münasibətinin şahidi olmuşam. Bu heyrətamiz insan öz xeyirxah daxili dünyasını əlvan rənglərin dili ilə ifadə edir".

Məryəmin öz daxili aləmini zəngin rənglər vasitəsilə ifadə etmək qabiliyyəti onun yaradıcılığının fərqləndirici cəhətidir. Xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov deyir: "Burada nümayiş olunan bütün işlər çox yüksək səviyyədədir. Hesab edirəm ki, bu əsərlərin hamısı Məryəmin təbiəti, dünyası və onun fəlsəfəsidir".

Məryəm Ələkbərli forma və rənglərdən cəsarətlə istifadə edərək özünün parlaq və harmonik dünyasını yaradır. Xalq Rəssamı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarovun fikrincə, Məryəmin rəsmləri heyrət doğurur. O demişdir: "Bu gənc rəssamda sərbəstlik, müstəqillik və sənətkarlıq xüsusiyyətləri cəmləşmişdir. Bu, çox mürəkkəb məsələdir. İstedadlı gənc rəssam olmaq, hissləri, emosiyaları yetkin sənətkar səviyyəsində ifadə etmək mənim üçün həqiqətən çox gözlənilməzdir".

Tanınmış incəsənət xadimləri də Məryəm Ələkbərlinin əsərlərini yüksək qiymətləndirmişlər. Xalq Rəssamı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru Fuad Salayev vurğulamışdır: "Bu sərgi məni tamamilə valeh elədi. Ona görə ki, bugünkü sərgi azad bir insanın azad hisslərini nümayiş etdirir. Mən çox şadam, fəxr edirəm ki, bu gözəl insan belə hisslərlə yaşayaraq, onu tablolarda göstərə bilir".

Sərgidə Məryəm Ələkbərlinin 50-yə yaxın əsəri nümayiş etdirilir. Ekspozisiya fevralın 8-dək davam edəcəkdir.

Aybəniz Haşımova: Sağlamlığımızı qorumaq, rahatlığımıza qovuşmaq üçün məsuliyyətli və səbrli olmalıyıq
Aybəniz Haşımova: Sağlamlığımızı qorumaq, rahatlığımıza qovuşmaq üçün məsuliyyətli və səbrli olmalıyıq
Gənc rəssamların çəkdiyi rəsmlərin pulları koronavirusla mübarizəyə sərf ediləcək
Gənc rəssamların çəkdiyi rəsmlərin pulları koronavirusla mübarizəyə sərf ediləcək
Elçin Həşimov: Bu gün hər kəs həmrəy olub, xüsusi karantin rejimi qaydalarına riayət etməlidir (VİDEO)
Elçin Həşimov: Bu gün hər kəs həmrəy olub, xüsusi karantin rejimi qaydalarına riayət etməlidir (VİDEO)
Loading Bars
Xəbər lenti
Xüsusi karantin rejiminin pozan 9959 nəfər inzibati məsuliyyətə cəlb edilib
“Azərpoçt” MMC vətəndaşlara səyyar xidmət göstərir (FOTO)
Koronavirusa qarşı Azərbaycanda aparılan mübarizə tədbirlərinə dair Malayziyada geniş yazı dərc edilib
Bakıda hava nəzərəçarpacaq dərəcədə yaxşılaşıb - MONİTORİNQ
Məşhur amerikalı müğənni Qloria Qaynor Trend BİA-nın #EvdəQal videolayihəsini dəstəklədi (FOTO/VİDEO)
Ermənistan silahlıları atəşkəs rejimini 25 dəfə pozub
YAP "Münxendə Tarix və Hüquq Dərsi" adlı kitab hazırlayıb (FOTO)
Zaqatalada karantin rejimini pozan şəxsdə narkotik vasitə aşkarlanıb (FOTO)
Aprelin 9-da xarici valyutaların manata qarşı məzənnələri
"Toyota Motor" Şimali Amerikada zavodlarının işini dayandıracaq
Deputatlar bu gün toplaşır – Baş Nazir hesabat verəcək
Yaponiyanın daha bir prefekturunda fövqəladə vəziyyət tətbiq edildi
Səudiyyə Ərəbistanının Fondu dörd neft-qaz şirkətinin 1 milyard dollarlıq səhmlərini alıb
Britaniyada karantinin uzadılması planlaşdırılır
İngiltərə Premyer Liqasının futbolçuları koronavirusla mübarizəyə yardım fondu yaradıblar
ABŞ-da sutka ərzində koronavirusdan rekord sayda insan öldü
Ərdoğanla Cinpin arasında telefon danışığı olub
Avropa İttifaqı koronavirus ilə mübarizə üçün 20 milyard avro ayıracaq
Braziliyada koronavirusa yoluxma hallarının sayı ilk dəfə sutka ərzində 2 mini ötüb
Airbus təyyarələrin istehsalını azaldır
ABŞ İran və Venesuelaya humanitar yardım təklif edib
Gürcüstanda koronavirusa yoluxma hallarının sayı artıb
Ağdamda tikili yanıb
Fransada koronavirusdan ölənlərin sayı 10,8 mini ötüb
Dünyada koronavirusa yoluxanların sayı 73 mindən çox artıb
Dillər Universitetinin Konfutsi İnstitutu onlayn xəttatlıq müsabiqəsi elan edib
"Brent" markalı neftin qiyməti qalxdı
Türkiyədə koronavirusdan ölənlərin sayı 812-ə çatıb
Suraxanıda evdən oğurluq edən qadın saxlanılıb
Həbs yerlərində ödənişsiz psixoloji yardım təşkil ediləcək
Heydər Əliyev Mərkəzindən İtaliyaya həmrəylik nümayişi (VİDEO)
Aprelin 9-dan bu şəxslərin küçəyə çıxma icazəsi ləğv olunur
Xaçmazda ikimərtəbəli evdə yanğın baş verib
Aybəniz Haşımova: Sağlamlığımızı qorumaq, rahatlığımıza qovuşmaq üçün məsuliyyətli və səbrli olmalıyıq
Bakıda avtomobildən oğurluq edən şəxslər saxlanıldı
Elxan Ələsgərov: Azərbaycan işğal olunmuş Dağlıq Qarabağda karantin rejimi elan edə bilər
Lerikdə karantin rejiminə ciddi nəzarət olunur (FOTO)
Bakıda “Toyota” ilə “KamAZ” toqquşub
Şəxsiyyət vəsiqələrinin etibarlılıq müddəti uzadıldı
UNEC aliminin “COVID-19” barədə araşdırması Scopus və "Web of Science" bazasında dərc olunub (FOTO)
Koronavirusdan sağalanlar arasında 82 yaşlı şəxs də var - Ramin Bayramlı
Azərbaycanda koronavirusa yoluxma ilə bağlı qırmızı zona yoxdur - İbrahim Məmmədov
Hikmət Hacıyev: Ölkəmizin ərzaq təminatı üçün bütün kompleks tədbirlər görülür
“AzerGold" hasilat işlərini Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun qaydada aparır
Azərbaycanda ərzaq qıtlığı təhlükəsi yoxdur
Mikayıl Cabbarov: Qəbul edilmiş dəstək proqramları iş yerlərinin saxlanmasına və iqtisadi fəallığın qorunmasına yönəlib (VİDEO)
Modul tipli xəstəxanalar Bakıda və bir sıra regionlarda yaradılacaq
SOCAR prezidenti “TOTAL Azərbaycan” şirkətinin baş menecerini qəbul edib (FOTO)
Azərbaycanda maskaların pulsuz paylanması gündəmdə deyil
Bakıda piyadanı vurub öldürən sürücü tutuldu
Azərbaycanda həkimlər arasında da koronavirusa yoluxma halları mövcudddur
Şəhərlərarası gediş-gəliş qadağan olunsa da, ağır xəstələrin aparılmasına icazə verilib
Hələ ki fövqəladə vəziyyətə əsas yoxdur - Operativ Qərargah
İbrahim Məmmədov: İş yerlərində əməkdaşların 30 faizdən artığının işə çağırılmaması tapşırığı verilib
Hikmət Hacıyev: Bütün dünya koronavirusdan əziyyət çəkdiyi halda Ermənistan öz çirkin siyasi oyunlarına davam edir
Azərbaycanda maskaların qiyməti artmayacaq - İbrahim Məmmədov
TƏBİB sədri qan donorlarına müraciət edib
Ramin Bayramlı: Bu gün karantində 3 mindən çox vətəndaş saxlanılır
Nazirlikdən işsizlikdən sığorta ödənişinin müddəti bitmiş şəxslərə dəstək
İbrahim Məmmədov: Karantin müddəti uzadıla və sərtləşdirilə bilər
Ramin Bayramlı: Əgər vətəndaşlar karantinə riayət etməsələr, ölkə rəhbərliyinə müraciət edəcəyik
Hikmət Hacıyev: ÜST koronavirusla bağlı Azərbaycanda görülən işlərə çox yüksək qiymət verir
Azərbaycan martda gündəlik 763,9 min barel neft hasil edib
Ramin Bayramlı: Yoluxmaların artması icazə rejimi tətbiq olunmamışdan əvvəl karantin qaydalarına əməl edilməməsinin nəticəsidir
Pirallahıda aztəminatlı ailələrə ərzaq və qoruyucu vasitələr paylanılıb (FOTO)
Hikmət Hacıyev: Bu günə qədər 15 min nəfərdən artıq Azərbaycan vətəndaşı Azərbaycana gətirilib
Aprelin 9-da dolların manata qarşı məzənnəsi
142 - Çağrı Mərkəzində bir gündə rekord sayda zəng qeydə alındı (FOTO)
İbrahim Məmmədov: İcazəli rejimin tətbiq olunmasından sonra da qanunlar pozulur
Azərbaycanda 105 yeni koronavirusa yoluxma qeydə alındı, 19 nəfər sağaldı - Operativ Qərargah (VİDEO)
İmmun sisteminin gücləndirilməsi ilə bağlı AQTA-dan zəruri tövsiyələr
“Evdə qalaq, bilgi alaq” adlı onlayn psixoloji dəstək layihəsinə start verilir
Xəzər rayonunda 65 yaşdan yuxarı tənha insanlara yardımlar davam etdirilir (FOTO)
Millət vəkili Pərvin Kərimzadə bu gün də seçicilərinin yanındadır (FOTO)
LafargeHolcim Koronavirus pandemiyasına qarşı fəaliyyət planını həyata keçirir
Bank Respublika həssas əhali qruplarının özünüməşğulluğuna dəstək verdi (FOTO)
Tank heyətlərinin döyüş hazırlığı yoxlanılır (FOTO/VİDEO)
Aqrar Kredit və İnkişaf Agentliyinin səlahiyyəti artırıldı - FƏRMAN
ÜST koronavirusla mübarizədə Azərbaycana fəal dəstək göstərir
Şakir Rəhimov: Dövlətimiz pandemiyanın təsirini azaltmaq üçün zəruri tədbirlər görür
Son 10 gündə ünvanlı yardım alan ailələrin sayı 78 mini keçib
Baş Nazir Əli Əsədovun Milli Məclisdə videohesabatı dinləniləcək
Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin səlahiyyətləri artırıldı - FƏRMAN
Bakıda cibgirlik edən şəxsin digər cinayətlər törətdiyi də aşkarlandı (FOTO)
İran Heydər Əliyev Mərkəzinin koronavirusla mübarizədə dəstəyini yüksək qiymətləndirib
Vüqar Rəhimzadə: Azərbaycan yaxın gələcəkdə tibbi ləvazimatları ixrac edən ölkəyə çevriləcək
Bank Respublika NFC ödənişlərin tətbiqinə başladı!
İlham Məmmədov: Yeni xəstəxanalar koronavirusun yayıldığı bir vaxtda əhalinin sağlamlığının etibarlı şəkildə qorunmasına şərait yaradacaq
Gənc rəssamların çəkdiyi rəsmlərin pulları koronavirusla mübarizəyə sərf ediləcək
Bakıda 8 nəfər metil spirtindən zəhərlənərək ölüb
Ağdaban faciəsindən 28 il keçir (FOTO/VİDEO)
İtaliyada üzərində yük maşını olan körpü uçdu (FOTO)
Tibbi tullantıların utilizasiyasına ciddi nəzarət olunur
Dövlət Miqrasiya Xidmətinin Çağrı Mərkəzinə 22320 zəng daxil olub
Baş Prokurorluq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə aztəminatlı ailələrə ərzaq yardımı göstərib
Azərbaycan könüllüləri “Könüllü Donor” kampaniyasına başladılar
Samuxda 15 ədəd subartezian quyusu qazılacaq - SƏRƏNCAM
Xaçmazda yeni fındıq bağı salınıb, köhnə bağlardan isə 6 min tondan çox məhsul yığılıb
Avstraliya kruiz gəmilərini ərazi sularından çıxarır
Xaçmazda ağacları kəsən şəxs cəzalanıb
Bütün xəbərlər