...

AMEA-nın 2020-ci ilə qədər İnkişaf Konsepsiyasının hazırlanması ücün işçi qrupu yaradılır

Cəmiyyət Materials 27 Fevral 2014 16:57 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 2020-ci ilə qədər İnkişaf Konsepsiyasının hazırlanması ücün işçi qrupu yaradılır.
AMEA-nın 2020-ci ilə qədər İnkişaf Konsepsiyasının hazırlanması ücün işçi qrupu yaradılır

Azərbaycan, Bakı, 27 fevral /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 2020-ci ilə qədər İnkişaf Konsepsiyasının hazırlanması ücün işçi qrupu yaradılır. Trend-in məlumatına görə, bu barədə Akademiyanın Rəyasət Heyətinin bu gün keçirilən iclasında qərar verilib.

AMEA-nın prezidenti Akif Əlizadə Rəyasət Heyətinin bu gün keçirilən iclasında deyib ki, işçi qrupuna görkəmli alimlər daxil olacaq.

Akademiya prezidentinin sözlərinə görə, AMEA üzvləri konsepsiyanın işlənməsində fəal iştirak etməlidirlər. Hazırlanacaq konsepsiya ölkə Prezidentinin fərmanı ilə təsdiqlənən "Gələcəyə baxış: 2020" konsepsiyasında nəzərdə tutulan elmi hədəflərə uyğun olmalı, orada bir çox elmi yeniliklər öz əksini tapmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti