...

"Azəriqaz" İB: Lökbatanda kütləvi zəhərlənmədə günahı olanlar barəsində hadisənin dəqiq səbəbi aydınlaşdırılandan sonra ölçü götürülə bilər

Cəmiyyət Materials 6 Mart 2014 10:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 mart /Trend/

Lökbatan qəsəbəsində əhalinin qazdan kütləvi zəhərlənməsində günahkar olan şəxslər barəsində yalnız hadisənin dəqiq səbəbi aydınlaşdırılandan sonra ölçü götürülə bilər. Bu barədə cümə axşamı Trend-ə ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Araz Ağayev bildirib.

Qeyd edək ki, dünən axşam saatlarında Bakının Qaradağ rayonu Lökbatan qəsəbəsində bir neçə beşmərtəbəli binanın sakinləri qazdan kütləvi zəhərləniblər. Məlumata görə, zəhərlənməsi təbii qazın tərkibində odorant maddəsinin normadan artıq dozası nəticəsində baş verib. Bu maddə təbii qaza əlavə olunur və qazın sızmasının müəyyən edilməsində istifadə olunur.

Vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə çərşənbə günü qəsəbəyə qazın verilməsi məhdudlaşdırlıb.

A.Ağayevin sözlərinə görə, hazırda baş verən hadisənin səbəbləri araşdırılır və kiminsə barəsində obyektiv ölçü götürülməsi yalnız ekspertlərin müəyyən rəyindən sonra mümkün ola bilər.

A.Ağayev qeyd edib ki, hələlik qəsəbəyə qazın verilməsi bərpa edilməyib, lakin yaxın vaxtda sakinlər mavi yanacaqla təmin olunacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti