...

MTRŞ teleserialların çəkilməsi ilə bağlı növbəti dəfə maliyyə ayrılmasına münasibət bildirib

Cəmiyyət Materials 13 Mart 2014 12:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 mart /Trend, müxbir E.Mehdiyev/

Milli Televiziya və Radio Şurası (MTRŞ) teleserialların çəkilişi üçün Azərbaycan telekanallarına növbəti dəfə maliyyə vəsaitinin ayrılması məsələsinə aydınlıq gətirib.

MTRŞ sədri Nuşirəvan Məhərrəmli Trend-ə açıqlamasında növbəti dəfə maliyyə vəsaitinin ayrılması ilə bağlı konkret qərarın olmadığını bildirib: "Bu barədə mən hər hansı bir şey deyə bilmərəm. Biz əvvəl ayrılan maliyyə vəsaitlərinin son mərhələsindəyik. Artıq onları da telekanallara ayracağıq və bununla da yekunlaşacaq".

Azərbaycanda rəqəmsal yayıma keçid ilə bağlı məsələyə gəlincə isə, N.Məhərrəmli ölkə ərazisinin tam şəkildə rəqəmsal yayımla əhatə olunduğunu bildirib: "Ancaq hələlik analoq yayım da rəqəmsal yayımla paralel davam etdirilir, çünki əhali rəqəmsal yayıma tam hazır deyil".

Azərbaycanda teleradio akademiyasının yaradılmasına münasibət bildirən N.Məhərrəmli bu məsələnin hələ gündəmdə olmadığını qeyd edib: "Azərbaycanda təhsil sistemi var və təhsil sisteminə uyğun olaraq ali təhsil müəssisələrində televiziya və radio sahəsində mütəxəssislər hazırlanır. Yəni hələlik bu var və əgər gələcəkdə yeniləri yaranarsa, onların necə olacağı barədə düşünmək lazımdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti